Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kişilər, DİQQƏT: o iynələr sizi öldürə bilər
Tarix: 29-10-2016 | Saat: 19:29
Bölmə:Karusel / Maraqlı / Bizim seçim | çapa göndər

Kişilər, DİQQƏT: o iynələr sizi öldürə bilər

Bədəni inkişaf etdirmək üçün istifadə olunan və idmançılarda əzələlərin böyüməsini təmin edən steroid sağlamlığa ziyandır. Pis xolesterolun yüksəlməsinə, damar sərtləşməsinə, qan dövranının zərər görməsinə və infarkta yol açır. Türkiyəli mütəxəssis Kıvanç Dinlər bildirir ki, insan bədənində normal olaraq ifraz edilən testosterondan laboratoriya mühitində ərsəyə gətirilən steroiddən düzgün istifadə olunmadıqda insan sağlamlığına mənfi təsir edir. Hüceyrələrdəki zülal sintezini artıraraq, toxumaların inkişafını stimullaşdıran steroidlərin təsirləri xüsusilə əzələ toxumalarında daha çox özünü göstərir. "Xəbəraz.az "lent.aza istinadən mütəxəssisin bu haqda fikirləri ilə sizi də tanış edir.

İlk növbədə onu bildirək ki, daha çox idmançıların istifadə etdiyi anabolik-androgen steroid kişilərdə vətərlərin yırtılmasına, cinsi iqtidarsızlığa, qadınlarda bir çox cinsi xəstəliyə və infarktla nəticələnən ölümə səbəb olur. İlk dəfə 1930-cu illərdə istifadə edilən steroidlərin bədənə təsirləri və zərərləri haqqında məlumat verən K. Dinlərin sözlərinə görə, steroid dopinqin başqa bir növüdür: “Xalq arasında steroid adlandırılan, əslində androgenik-anabolik steroid testosteron hormonunun laboratoriya mühitində hazırlanan bənzəridir. Əslində bunlar iki yerə bölünür. Kortiko və anabolik steroid. Kortiko steroid astma tutmaları, hər hansı bir fiziki zədələnmələr baş verdikdə həkimlər tərəfindən verilir. Anabolik steroid isə idmançılar tərəfindən istifadə olunan dopinq növüdür”.

Miqdarına görə zərərləri və faydaları fərqlidir

Mütəxəssis deyir ki, testosteron hormonu həm qadınlarda, həm də kişilərdə var, ancaq qadınlara fərqli təsir edir. Demək olar ki, hamısında az miqdarda başlayaraq qüvvət, özünəinam artımı, xoşbəxtlik, əzələ kütləsi inkişafı kimi bir çox faydası var: “Təbii ki, bu, doza ilə əlaqəlidir. Normalda bir insan həftədə təxminən 50-70 milliqram testosteron ifraz edir. Testosteronun miqdarı bu rəqəmdən artıq olduqda isə çox böyük zərərləri var. Hətta ölümə də səbəb olur. Ölümə gətirib çıxaran ürək böhranının səbəbi isə testosteronun bədəndəki yaxşı xolesterolu yox etməsidir. Bu da pis xolesterolun yüksəlməsi, damar sərtləşməsi, qan dövranının zədələnməsi sayəsində olur”.

Hormonlar çox olduqda qaraciyər bunların öhdəsindən gələ bilmir. Qısa müddətli zərərləri isə dərhal üzdə və kürəkdə çivzələr meydana gətirməsidir. Yüklənmə baş verdikdə isə insan psixoloji böhran yaşayır.

Qadın atletlər də bu maddədən istifadə edir. Bu cür qadınlarda üz xətləri, çiyinlər kişiyə xas formada inkişaf edir, səsdə qalınlaşma, sinələrin itməsi, əzələ kütləsində artım və bir çox cinsi problemə yol açır. Steroidin zərəri ilə bağlı siyahı uzundur. Lakin onun faydaları olduğunu da diqqətə çatdırmaq lazımdır: “Steroidlər yalnız həkim nəzarətində qəbul edilməlidir. Bəzi gənclərdə böyümə problemi səbəbindən və ya yaşlılarda testosteron çatışmazlığından qaynaqlanan xəstəliklərlə bağlı olaraq steroidlərdən faydalanmaq olar. Böyümə problemi olan gənc həkim nəzarəti ilə steroid qəbul etməklə düzgün böyüyə bilər. Yaşlı insanın isə testosteron çatışmazlığı olduqda, həkim məsləhəti ilə steroid alması məsləhətdir”.

Doğru məşqlə və düzgün qidalanma ilə çata bilməyəcəyiniz hədəf yoxdur. İdmanda inkişaf üçün bu cür maddələrdən istifadə sağlamlığınıza ziyandır. Heç bir ağıllı insan sonda ölümlə nəticələnən işə imza atmaz.


Xəbəri paylaş

7008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___