Gömrüklə bağlı mühüm dəyişiklik - Sərhədi maneəsiz keçəcəksiz
Tarix: 28-10-2016 | Saat: 17:26
Bölmə:Karusel / Gündəm / Bizim seçim | çapa göndər
Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə bağlı qanunvericilikdə yeni sistem tətbiq olunacaq.
"Xəbəraz.az "xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O bildirib ki, yeni sistem gömrükdə intizam və məsuliyyəti artıracaq, yerli və xarici vətəndaşların maneəsiz sərhəddən keçməsini təmin edəcək.
Təklif olunan 13-1 maddəsinə görə, gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədilə qısa idxal bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı buraxılış sistemləri tətbiq olunur.
Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Təklif olunan 93.4-cü maddədə bildirilir ki, gömrük sərhəd buraxılış məntəqələrində “Yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastruktur yaradılır və xüsusi ayrılmış hərəkət zolaqları müəyyən edilir.
Maddə 101.5-də isə bildirilir ki, "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə olunmaqla malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün xarici ticarət iştirakçılarının risk qruplarının müəyyənləşdirilməsi meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Layihə səsə qoyularaq qəbul edilib.
Xəbəri paylaş
9438 dəfə oxunub.
Digər xəbərlər

23-12-2015, 11:49
Hadi Rəcəbli: İnsanlar bir az da qənaətcil olmağa təlqin edilməlidir
8-07-2015, 18:11
Kim Çen In daha bir nəfəri edam etdi
18-06-2022, 11:44
Əvvəl keçmiş arvadını, sonra özünü öldürdü - İmişlidə DƏHŞƏT
6-04-2017, 14:03
Qubada məktəb direktorunun evi yandırılıb – FOTO
26-03-2015, 16:37
"Sal atın altına" Elzadan qəribə şer
24-01-2018, 12:24
Ata və qızını öldürənə ömürlük həbs verildi
2-05-2017, 17:44
Əsəd SSRİ-nin kimyəvi bombalarından istifadə edib – ŞOK İDDİA
23-05-2019, 11:30
Azərbaycanda kişilərin 32.5 faizi qadınlara qarşı zorakılıq edir
2-10-2019, 11:21
24 yaşlı qız bakirəliyini millət vəkilinə satdı - FOTO
2-05-2022, 13:56
Əhaliyə qazla bağlı xəbərdarlıq edildi - Bu gündən etibarən… VİDEO