Putin generallara qəzəbləndi: "Dəli olmusunuz?"
Tarix: 27-10-2016 | Saat: 20:52
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər
Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin generallarına Amerika ilə hərbi qarşıdurma riski yaratdıqları üçün bərk qəzəblənib.
"Xəbəraz.az "-ın məlumatına görə, virtualaz.org xəbər verir ki, bu barədə yüksək rütbəli Rusiya rəsmisinə istinadən "Bloomberg" bildirir. Məlumata görə, Putin Rusiya qırıcılarının Qara dənizdə Amerika hərbi gəmisinə təhlükəli dərəcədə yaxın məsafədən uçması və gəmiyə hücumu imitasiya etmsinə görə generalları danlayıb.
Həmin insident oktyabrın 10-da baş verib. ABŞ donanmasının "Mount Witney" flaqmanı "regional təhlükəsizliyin təmin edilməsi üçün" Qara dənizə daxil olub. Rusiya isə gəmini qırıcılarla "qarşılayıb". Pentaqonun bildirdiyinə görə, Rusiya qırıcıları hərbi gəmiyə təhlükəli səviyyədə yaxın məsafədən uçublar və bunun riskli olduğu barədə xəbərdarlığa məhəl qoymayıblar.
Bu insident barədə xəbər tutan Putin Müdafiə Nazirliyinin rəhbərliyini müşavirəyə çağırıb və baş verənləri "çox riskli" adlandırıb. Bu zaman generallar deyiblər ki, amerikalılar baş verənlərə layiq idi. Məlumata görə, Putin generallara qəzəblənib. "Siz dəli olmusunuz? Başınız xarabdır?" - deyib.
Analoji insident bu ilin aprelində baş vermişdi. ABŞ-ın "Donald Cook" esminetsi Qara dənizə daxil olanda Rusiya bombardmançıları və qırıcıları onun üzərindən uçuşlar keçirib. Təyyarələrdən biri gəminin cəmi bir neçə metrliyindən uçub. Ağ Evdə bu insident hiddət doğurub. Vaşinqton bildirib ki, Rusiya pilotlarının hərəkətləri beynəlxalq hava və dəniz məkanında silahlı qüvvələrin davranış normalarına ziddir.
"Bloomberg" qeyd edir ki, Putinin bu reaksiyası Rusiya prezidentinin NATO və ABŞ-la hərbi toqquşmada maraqlı olmadığını, ancaq onun hakimiyyətində qarşıdurmanı dərinləşdirməyə can atan "qırğıların" mövcudluğunu göstərir.
Xəbəri paylaş
7548 dəfə oxunub.
Digər xəbərlər

1-01-2016, 16:29
Hərbi xidmətə çağırış başladı
30-05-2017, 21:47
Hər il dünyada nə qədər insan siqaretdən ölür? - Statistika
10-07-2015, 17:23
Gir evə, qızla nə istəyirsən elə” - REPORTAJ
14-10-2016, 11:34
Merkel qərar verdi: Putinsiz toplantı
16-07-2016, 11:15
Ağdamda zəlzələ olub
30-01-2017, 15:03
Nadir Qafarzadənin “Yalan”ı üzə çıxdı - VİDEO
7-08-2017, 20:12
PSJ-dən növbəti fantastik təklif
28-02-2017, 10:37
Cəbhədən son xəbər - 68 mərmi atılıb
27-04-2016, 19:08
İlham Əliyev 2 sərəncam imzaladı
30-05-2020, 14:35
Ehsan Zahidov bıçaqlanan polisdən DANIŞDI