Bakıda "avtoş"luq edən general oğlu tutuldu - Sürücülük vəsiqəsi alındı
Tarix: 25-10-2016 | Saat: 15:10
Bölmə:Karusel / Hadisə / Bizim seçim | çapa göndər
Yol polisinin qətiyyətli davranışı nəticəsində general oğlu məsuliyyətdən kənarda qala bilməyib.
Bakıda general oğlu avtoxuliqanlıq etdiyi üçün yol polisi tərəfindən saxlanılıb.
"Xəbəraz.az " bildirir ki, bu barədə avtosfer.az-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat daxil olub. Bildirilir ki, həmin sürücü bundan əvvəl də avtoxuliqanlıq etdiyi üçün saxlanılıbmış. Həmin vaxt məsuliyyətdən kənarda qala bilsə də, bu dəfə yol polislərinin qətiyyətli davranışı nəticəsində general oğlu cəzasız qalmayıb. Atasının bütün cəhdlərinə baxmayaraq "avtoş" oğulla bağlı materiallar yol polisi tərəfindən toplanılaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 500 manat cərimə olunub. Eyni zamanda, onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. General atası bu qərardan narazı qalaraq oğlunu haqlı çıxarmaq üçün rayon məhkəiəsinin qərarından apellyasiya şikayəti versə də, ilkin instansiyanın çıxardığı qərar qüvvədə qalıb. Bununla da, general oğlu cərimə ödəməklə yanaşı, sürücülük vəsiqəsi ilə 1 il müddətinə vidalaşmalı olub. Generalın yol polisinə təzyiqlərinə baxmayaraq DYP əməkdaşları hətta "avtoş" sürücünün inzibati qaydada həbs olunmasına da çalışıblar. Lakin məhkəmə onu cərimə və sürücülük hüququndan məhrum etməklə kifayətlənib.
Həmin general hərbi sahədə çalışır və kifayət qədər yüksək vəzifə sahibidir. Onun kimliyi barədə araşdırmalarımız davam edir.
Xəbəri paylaş
6658 dəfə oxunub.
Digər xəbərlər

15-09-2023, 17:13
Hava yenidən pisləşir - Xəbərdarlıq
12-12-2018, 09:22
Heydər Əliyevin anım günüdür
19-01-2017, 22:44
Şəhidlər xiyabanı ziyarətçiləri qəbul etməyə hazırdır - FOTO
15-08-2015, 20:55
Borcu ödəyə bilmədi, bankda polisi yandırdı - Bakıda
12-06-2018, 10:07
Fitrə sədəqəsi necə verilir?
12-06-2016, 14:44
Rusiya: "Hər şey Ukraynanın təklifindən asılıdır"
18-10-2018, 12:12
Cəlilabadda faciə: İki nəfər uçqun altında qaldı
24-01-2018, 11:33
Tanınmış jurnalist vəfat etdi