Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Keçmiş başçı Salyandakı villasına müştəri tapa bilmir - FOTO
Tarix: 25-10-2016 | Saat: 12:09
Bölmə:Karusel / İqtisadiyyat / Foto-fakt | çapa göndər

Keçmiş başçı Salyandakı villasına müştəri tapa bilmir - FOTO

Salyanın keçmiş icra başçısı Tahir Kərimov rayonda 3 il əvvəl inşa etdirdiyi villasını satışa çıxarsa da müştəri tapılmır.

"Xəbəraz.az " virtualaz.org -a istinadən bildirir ki, Salyan şəhərindəki 3 mərtəbəli bu villanın yerində əvvəllər şəhid Vüqar İsayevin adını daşıyan 6 saylı uşaq bağçası olub. Amma 2013-cü ildə bağça sökülüb və yerində başçının sürücüsü Yusif Əzizovun adına villa inşa olunub.

İnşaat işləri aparılan müddətdə evin qarşısından keçən küçənin bir hissəsi də zəbt olunaraq həyətə qatılıb. Baş verənlərə rayon sakinlərinin haqlı narazılığına isə məhəl qoyan tapılmayıb.

Sonradan T.Kərimov nüfuzundan istifadə edərək zəbt etdiyi küçəni də villasının ərazisi kimi qeydiyyata aldıra bilib. Amma ev alqı-satqısı ilə məşğul olanların dediyinə görə, keçmiş başçı villasını rayon yeri üçün çox baha - 150 min dollara satışa çıxardığından 6 aydır ki, müştəri tapılmır. Sadə salyanlıların arzusu isə həmin villanın körpə uşaqların istifadəsi üçün yenidən uşaq bağçasına qaytarılmasıdır.

Xatırladaq ki, Tahir Kərimov 2011-2016-cı illərdə Salyan RİH-nin başçısı olub.

Keçmiş başçı Salyandakı villasına müştəri tapa bilmir - FOTO


Xəbəri paylaş

7008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___