Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qumar oyunları : 8228 getdi, 5353 gəldi
Tarix: 25-10-2016 | Saat: 11:12
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Qumar oyunları : 8228 getdi, 5353 gəldi

Qumar oyunlarının kateqoriyaları olmadığı kimi, qumarın da yaxşısı yoxdur. Qumar pis bir vərdişdir ki, indiyə kimi heç kimə xeyir və başucalığı gətirməyib. Müasir dövrümüzdə isə artıq qumarı fərdlərlə bərabər, dünya miqyaslı şirkətlər də oynamağa, insanları əbləh yerinə qoymağa başlayıb. Dəhşətlisi də odur ki, ölkəmizdə bu gün abonentlərin heysiyyatı üzərindən Azərcell, Bakcell, Narmobile kimi şirkətlər də qumar oynamağa başlayıb. Bezdirici SMS-ləri ilə abonentləri zara gətirib, intihar həddinə çatdırıblar. Bu şirkətlərin toruna saysız-hesabsız abonentlər düşüb, minlərlə manat uduzublar.

Azərbaycan dilinin dərinliyini bilməyən istənilən abonent telefonuna daxil olan SMS-ə aldana, balansında olan vəsaiti bu qumar oyununa xərcləyə bilər. Məsələn, 5353-dən gələn SMS-də deyilir: “30 dəqiqə ərzində bu SMS-i mütləq cavablandır, sabah 20:00-dan etibarən Xəzər TV-yə bax”. Həmin vaxt abonent elə başa düşür ki, söhbət ondan gedir və Xəzər TV-yə baxmaqla pul udacağını düşünür. Yaxud, “Elə bu gün 10.000 manat sənin ola bilər, 5353-ə bir SMS göndər, xallarını artır” .“Sonrakı peşmançılıq fayda verməz”!

“Bu gün hamı qazana bilər. SƏNDƏN BAŞQA! Elə isə tələs, 5353-ə SMS göndər! 10.000 manatı sənə arzulayırıq”, “Pullar əldən gedir! Sən niyə qazanmırsan? Elə indi 5353-ə SMS göndər, xalların tirajda iştirak etsin”!

“Vacib məlumat! 10.000 manat qazanmaq üçün daha bir əla imkan! 5353-ə SMS göndər”! və s. bu kimi yüzlərlə misal yazmaq olar. Bu ifadələrə aldanan abonent durmadan 5353-ə SMS göndərir. Bu minvalla abonentin başa düşmədiyi müəyyən bir mərhələyə qədər fantastik xallar vəd olunur. Bu o zamana qədər baş verir ki, növbəti SMS-lərdə “pulsuzdur” ifadəsi işlədilmir. “Elə indi cavablandır” ifadələri abonentin hədəfə çatmasına bir neçə mərhələ qaldığını zənn etdiyindən, balansından vəsaitinin silinməsinə səbəb olur. Ay ərzində milyonlarla abonentini aldadan bu operatorlar “oğurladıqları” vəsaitlər hesabına milyonlara sahiblənirlər. Beləliklə də , günlər, aylar, illər və onilliklərdə “oğurladıqları” milyonlar hesabına komfortlu maşınlarda gəzir, villalarda yaşayır, müştərilərinə də əbləh kimi baxırlar. Abonentləri istismar etmək üçün yeni “ideyalar” üzərində baş sındırırlar.

Xalqa, millətə belə canı yanandırlarsa, bəs onlar niyə SMS-lər göndərir? Elə abonentlərin balansından vəsaiti silməsinlər, 5, 10, 15, 40, 30, 50 olan saniyələri yuvarlaqlaşdırıb 1 dəqiqənin pulunu çıxmasınlar. Danışıq tariflərini 2-3 qəpik, SMS-ləri 2 qəpik etsinlər. Pulsuz dəqiqələr verib, uzun müddət onların xidmətindən istifadə edən abonentlərə “tərəfdaş” paketi tətbiq edərək, dəqiqəsi 2 qəpiyə danışıq təklif etsinlər. Daha qumar oyunları təşkil etməklə, SMS-lərə görə söyüş sahibi olmasınlar.Düşünməyə dəyər.

Fuad İsgəndərov

Faktinfo.az


Xəbəri paylaş

7998 dəfə oxunub.

Digər xəbərlər
23-01-2018, 12:56 Sabahın Havası

bütün xəbərlər
____ Instagram ___