Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ
Tarix: 24-10-2016 | Saat: 19:08
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə. Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də arabir yağış yağacağı, gündüz yağışda fasilə olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 9-11 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan artıq 773 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Oktyabrın 25-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti olacaq.

Xəbərdarlıq
Ölkə ərazisində qeyri-sabit hava şəraitinin oktyabrın 27-dək davam edəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Çaylarda sululuğun artacağı ehtimal olunur.


Xəbəri paylaş

1 1798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___