Gülər Əhmədovanın 27 min dolları haqda RƏSMİ AÇIQLAMA
Tarix: 24-10-2016 | Saat: 18:57
Bölmə:Karusel / Gündəm / Bizim seçim | çapa göndər
Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov sabiq deputat Gülər Əhmədovanın ləğv edilmiş “Bank Standard”da qarşılaşdığı problemlə bağlı açıqlama verib.
"Xəbəraz.az "-ın modern.az-a istinadən məlumatına görə, A.Cavadov deyib ki, “Əmanətlərin sığortalanması haqqında” qanunun 27- ci maddəsinə əsasən əmanətlər sığorta hadisəsi baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.
O qeyd edib ki, deyilənlər absurddur:
“Qanun var, belə şey ola bilməz. Biz hər gün nə qədər əmanətçinin əmanətini qaytarırıq. Belə problem də heç kimin başına gəlməyib. Bir tək Gülər Əhmədovanınmı başına gəldi bu?
Nəzərinizə çatdırım ki, “Bank Standard” da sığorta hadisəsi oktyabrın 4-də baş verib. Həmin gün məzənnə 1.6138 olub. Necə ola bilər ki, 0,78 məzənnəsi ilə qaytarılsın.
Gülər Əhmədova özü deputat olduğu dövrdə, həmçinin Vahid Əhmədov da bu qanuna səs veriblər”.
A.Cavadov qanunu pozmağa heç kimin hüququ olmadığını vurğulayıb:
“Qanunu açıb oxumaq lazımdır, onun maddəsini kim poza bilər ki? Mən bu problem mətbutada işıqlandırılandan sonra Vahid Əhmədovun özü ilə də danışdım. Ola bilər ki, jurnalistlər yanlış başa düşüb. Millət vəkili özü səs verdiyi qanunla bağlı belə bir şey deyə bilməz”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən həftə keçirilən iclasında deputat Vahid Əhmədov keçmiş həmkarı Gülər Əhmədovanın problemlər qarşılaşdığını qeyd edib. O bildirib ki, G.Əhmədovaya ləğv edilmiş “Bank Standard”a qoyduğu 27 min ABŞ dolları məbləğindəki depoziti 0,78 məzənnəsi ilə qaytarmaq istəyirlər. Nəticədə ona 27 min ABŞ dolları yox, 16-17 min dollar təklif edilir.
Xəbəri paylaş
7558 dəfə oxunub.
Digər xəbərlər

27-11-2017, 16:45
Yevlaxda 13 yaşlı bəylə 14 yaşlı gəlin... - Qaraçı toyu / FOTO
29-05-2020, 20:13
“Ağın qara ilə qaranın ağdan üstünlüyü yoxdur” - Ərdoğan
15-06-2022, 11:20
Boşanmaqdan xilas olmaq üçün dərman tapıldı
9-03-2023, 15:07
Mayın 1-dən quru sərhədlər açılacaq? - AÇIQLAMA
24-12-2016, 18:33
Ərdoğan açıqladı: “Əl Bab azad edildi”
17-07-2016, 15:14
Yunanıstandan sığınacaq istəyən qiyamçılar Türkiyəyə geri qaytarılıb
25-08-2016, 22:56
Ölən həyat yoldaşını 12 km çiynində daşıdı - Maşın vermədilər... - VİDEO
28-10-2016, 21:07
Məkkəyə raket atıldı, havada məhv edildi
28-06-2015, 19:10
Almaniyada miqrantları Hitlerlə hədələdilər: “Sieg Heil” - FOTO