Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Əsəd öldürülsün!” – Konqresdə ŞOK TƏKLİF
Tarix: 24-10-2016 | Saat: 18:47
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

“Əsəd öldürülsün!” – Konqresdə ŞOK TƏKLİF

ABŞ Konqresində Beynəlxalq Münasibətlər üzrə Şura tərəfindən təşkil edilmiş qapalı müşavirənin iştirakçısı Suriya prezidenti Bəşər Əsədi öldürməklə böhranı nizama salmağı təklif edib.
"Xəbəraz.az " xəbər verir ki, bu haqda görüşdə olmuş mənbələrə istinadən “Foreign Policy” nəşri bildirib.
Nəşr qeyd edir ki, bu təşəbbüs tədbir iştirakçılarının təəccübünə səbəb olub. Yaxın Şərq üzrə Ağ Evin keçmiş koordinatoru Filipp Qordon bunun qeyri-qanuni və effektsiz olduğunu bildirib.
“Bu qanunsuzdur və heç nəyi dəyişməzdi. Çünki Rusiya və İranın Suriyadakı maraqları əvvəlki kimi qalacaq”, - Qordon bildirib.
Nümayəndələr Palatasındakı mənbə də bildirib ki, hətta əgər hansısa səbəbdən Əsəd öldürülsə, münaqişənin mahiyyətini – Rusiya tərəfindən dəstəklənən rejimin müxalifətə qarşı münasibətini kökündən dəyişməyəcək. Məqalənin müəllfinin fikrincə, çətin ki, ABŞ-ın növbəti prezidenti də Əsədin fiziki məhvi planını bəyənsin.
Müşavirə ötən həftə keçirilib.publika.az


Xəbəri paylaş

6488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___