DYP-dən XƏBƏRDARLIQ: "Sürücü nömrəni təmiz saxlamalıdır, əks halda..."
Tarix: 21-10-2016 | Saat: 22:52
Bölmə:Karusel / Gündəm / Bizim seçim | çapa göndər
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞBPİ DYPİ) yol hərəkəti qaydasını pozan sürücülərə xəbardarlıq edib.
"Xəbəraz.az " xəbər verir ki, İdarənin İctimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov report-a deyib ki, istənilən hava şəriatində sürücülər yolun asfalt qatının üzərindəki xəttin, o cümlədən yol kənarındakı nişanların tələblərini yerinə yetirməyə borcludur.
V.Əsədov qeyd edib ki, "Yol hərəkəti haqqında" qanunun tələblərinə əsasən, bilərkdən və ya bilmədən, qəsdən və ya ehtiyatsızlıqdan yol hərəkəti qaydasının pozulması inzibati xəta sayılır və buna yol verənlər qanunla müəyyənləşdirilmiş formada cəzalandırılırlar: "Əgər yağmurlu hava şəraitində sürücü yol nişanını görmürsə bu, o demək deyil ki, o, məsuliyyətdən azad olunur. Sürücü hərəkət etdiyi yolda nişanı və yaxud asfalt qatı üzərindəki xətti görmürsə, onda ikinci dərəcəli zolaqla hərəkət edib üstünlüyü digər nəqliyyat vasitələrinə verməlidir".
Onun sözlərinə görə, yağmurlu, ciskinli hava şəraitində ən aşağı sürət həddi seçilməlidir. "Yol və meteoroloji şərait nəzərə alınaraq əyləc məsafəsi sürət həddi ilə ölçülməlidir".
Bölmə rəisi əlavə edib ki, sürücülər yağmurlu hava şəraitində dövlət qeydiyyat nişanlarını təmiz saxlamalıdır: "Belə olmadığı təqdirdə sürücü inzibati məsuliyyət daşıyır".
Qeyd edək ki, Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ötən gün ərzində 5990 sürücünün inzibati xəta törətdiyini aşkar edib. Oktyabrın 20-də ölkə ərazisində inzibati məsuliyyətə cəlb olunan sürücülərdən 41-i sükan arxasına sərxoş halda əyləşdiyinə, 3 nəfər isə avtoxuliqanlıq etdiyinə görə cəzalandırılıb. Sürət həddini aşdığına görə 2630 sürücüyə elektron protokol (MMX) tərtib edilib.
Xəbəri paylaş
9698 dəfə oxunub.
Digər xəbərlər

16-02-2016, 11:31
Rusiya İranı 100 Sukhoi Superjet təyyarələri ilə təciz edə bilər
17-08-2016, 10:51
ABŞ-ı yanğın cənginə aldı: 80 min sakin təxliyə olunur
16-01-2016, 12:42
Qənirə Paşayeva Tailandın turizm və idman naziri ilə görüşüb
5-07-2018, 10:45
Nazirin yalan deməkdə ittiham edildiyi çıxışının TAM MƏTNİ
25-09-2016, 21:07
Yersiz utancaqlıqdan qurtulmaq üçün tövsiyələr
1-03-2016, 11:05
Bu gün od çərşənbəsidir
24-09-2016, 20:30
Aparıcı Sadiqdən su altında "möhtəşəm" çəkiliş - video
28-11-2022, 14:02
"Onlara baxıb, ayırmayanlara ayıb olsun" - Deputat