Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda qüllədən özünü atmaq istəyənin şəxsiyyəti məlum olub
Tarix: 21-10-2016 | Saat: 22:44
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda qüllədən özünü atmaq istəyənin şəxsiyyəti məlum olub

Apa-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bu, 1975-ci il təvəllüdlü Səfərov Namiq İzzəli oğludur.
Namiq Səfərov bu gün Bakının Səbail rayonunda intihara cəhd edib. O, Bakı Dənizkənarı Milli Parkı ərazisindəki saat qülləsinə çıxıb və özünü oradan atacağı ilə hədələyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Aparılan psixoloji söhbətdən sonra Namiq Səfərov xilas edilib. O, Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bakıda intihara cəhd hadisəsi baş verib.
"Xəbəraz.az "məlumatına görə, nazirliyin böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda bir nəfərin intihar etmək məqsədi ilə qülləyə çıxması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.


Xəbəri paylaş

6968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___