Şagirdi döyən müəllim və məktəb direktoru işdən qovuldu
Tarix: 20-10-2016 | Saat: 15:04
Bölmə:Karusel / Təhsil | çapa göndər
Bakı şəhəri 247 nömrəli tam orta məktəbin şagirdinə müəllimi tərəfindən xəsarət yetirilməsi barədə məlumat aidiyyəti üzrə araşdırılıb və öz təsdiqini tapıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, BŞTİ tərəfindən müəllimin orta məktəb şagirdinə qarşı xəsarət yetirməsi faktı üzrə tədbirlər görülüb.
Belə ki, Bakı şəhəri 247 nömrəli tam orta məktəbin şagirdinə müəllimi tərəfindən xəsarət yetirilməsi barədə məlumatlar aidiyyəti üzrə araşdırılıb və öz təsdiqini tapıb. Müəyyən olunub ki, məktəbin riyaziyyat müəllimi Sevil İsmayılova peşə fəaliyyəti zamanı "Müəllimlərin etik davranış qaydaları"nın tələblərini pozub. Məktəbin direktoru Raya Allahverdiyeva isə faktla bağlı vaxtında zəruri tədbirlər görməyərək, S.İsmayılovanı məsuliyyətdən yayındırmağa çalışıb.
Araşdırmanın nəticəsi olaraq 247 nömrəli tam orta məktəbin direktoru Raya Allahverdiyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Məktəbin riyaziyyat müəllimi Sevil İsmayılova ilə bağlanmış əmək müqaviləsi isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv olunub.
Xəbəri paylaş
8528 dəfə oxunub.
Digər xəbərlər

30-05-2016, 19:05
Almaniyadan Türkiyəyə zərbə: “Soyqırım” tanınır
14-06-2017, 11:44
Mingəçevirdə şəhid bulağına sayğac qoyulub...
23-03-2015, 02:27
Bavariya öz meydanında məğlub oldu
9-08-2021, 11:32
Həbsxanaya dondurmanın içərisində telefon keçirmək istədilər-FOTO
17-06-2015, 00:50
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şənlikdə iştirak edib (FOTO)
28-03-2015, 17:38
Ayətullah Sistani: "Məğlub olacaqsınız!"
16-09-2021, 11:30
Məktəblərdə dərslərin hansı qaydada təşkil ediləcəyi açıqlandı
16-10-2018, 19:22
İlham Əliyevdən yeni təyinatlar: Yaqub Eyyubovun oğlu geri çağırıldı
7-02-2018, 22:44
Bakıda yaşayış binası yandı: 30 sakin təxliyyə edildi
4-01-2017, 11:31
Telekanal rəhbəri ayrıldığı xanımına evlilik təklifi etdi