“Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçiriləcək
Tarix: 19-10-2016 | Saat: 12:40
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında nəşr olunmuş “Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçiriləcək.
Fondun mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş tədbirə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi təşkilati dəstək göstərir. Kitabın müəllifləri Fəzail Vəliyev və Gülzadə Abdulovadır.
Kitab-kataloqda ilk dəfə olaraq çöl-etnoqrafik materialları, arxiv sənədləri, muzey kolleksiyaları, ailə saxlanclarında qorunan foto-şəkillər əsasında XIX-XX əsrin əvvəllərində Azərbaycanın Qarabağ tarixi-etnoqrafik bölgəsi əhalisinin geyim mədəniyyəti, onun təsnifatı, məhəlli-lokal xüsusiyyətləri, əyani-vizual görüntüləri və tarixi-etnoqrafik tədqiqi, həmçinin dövrün sosial-siyasi və iqtisadi-mədəni hadisələrinin geyim mədəniyyətinə təsiri məsələləri öz əksini tapıb. Kataloqda xalq geyimlərinin ayrılmaz tərkib hissəsi olan və geyimləri tamamlayan bəzək elementləri (zərgərlik nümunələri, geyimə bənd edilən tikmə-hörmə bəzəklər və s.) də kataloqlaşdırılıb, onların elmi dəyəri müəyyən olunub.
Xəbəri paylaş
6318 dəfə oxunub.
Digər xəbərlər

11-08-2018, 16:34
FHN Zaqatala və Balakəndə baş verən təbii fəlakətlə bağlı məlumat yaydı
25-07-2021, 15:48
Toylarla bağlı mühüm açıqlama - hər 10 nəfərdən 5-i...
9-01-2016, 14:15
“Ağ çiçəyim”də - YANĞIN
9-12-2016, 11:57
Bu qadın 10 ildir qışda küçələrdə yay geyimində gəzir - VİDEO
25-09-2023, 11:03
Bu vətəndaşlarımıza 600 AZN pul verilir - Şəxsiyyət vəsiqəsi ilə...
29-08-2015, 20:43
Elşad Abdullayev tərəfindən videosu yayılan hakim vəfat etdi
22-10-2020, 13:06
Naxçıvanda uçuşa cəhd edən düşmən PUA-sı məhv edildi
9-02-2016, 13:35
Saakaşvili: Ukrayna ordusu Rusiyanı zəbt edə bilər
18-03-2017, 13:12
"Röya təkcə Hüseyni doğmayıb" - Elza Seyidcahan
15-11-2015, 12:46
Ulvira Qarayevadan şok açıqlama-VİDEO