Məhəbbət Kazımovun tələbəsi: “Şahid olduqlarımı onun vasitəsiylə hiss edirəm” – FOTO
Tarix: 19-10-2016 | Saat: 11:41
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya / Ekskluziv | çapa göndər
“Son illər çox mahnılar oxumuşam, amma onların heç biri mənə təsir etməyib. Amma bu mahnı məni çox kədərləndirir. Elə bil ki, yaşadıqlarımı, şahid olduqlarımı onun vasitəsiylə hiss edirəm. Ümumiyyətlə, mahnının sözləri və musiqisi vəhdət təşkil etdiyi üçün buradakı insan amalına təsir edən harmoniyanı duymamaq mümkün deyil.”
Bu sözləri "Xəbəraz.az "-a açıqlamasında müğənni Nərgiz Hüseynli ifa etdiyi sözləri və musiqisi Arif Səlimova məxsus olan yeni mahnı haqqında danışarkən söyləyib.
Müğənni qeyd edib ki, mahnının adını sirr saxlayır. O, bunun xüsusi səbəbinin olmadığını bildirib:
“Bəstəkar Arif Səlimovun mahnıları hər zaman sevilib, seçilib. Onun yaradıcı düşüncəsi, musiqi mədəniyyətimizə bağlılığı mahnılarında öz əksini tapır ki, bu da mahnının canlanmasına səbəb olur. Hər bir varlığın adı var. Təbii ki, mahnını da canlı varlıq təssəvvür etsək, onu da adlandıracağıq. Mahnını təqdim etdiyim zaman adını açıqlayacağam.”
N.Hüseynli, onu da vurğulayıb ki, mahnının aranjeman müəllifi, rejissor Rəhman Əliyevdir. O, R.Əliyevlə iş birliyinin davam etdirdiyini və həmçinin mahnıya çəkiləcək klipin rejissoru da məhz Rəhman Əliyev olduğunu deyib:
“Klipin ssenari də mahnı kimi təsirlidir və bu günə qədər çəkilən kliplərin əksəriyyətindən süjet xətti ilə seçiləcək. Bir sözlə, bu mahnının və klipin diqqət çəkəcəyinə, populyarlıq qazanacığına əminəm.”
Məlumat üçün bildirək ki, müğənni Nərgiz Hüseynli mərhum sənətçi, Azərbaycanın Əməkdar Artisti Məhəbbət Kazımovun tələbəsi olub.
Xəbəri paylaş
1 1148 dəfə oxunub.
Digər xəbərlər

7-05-2016, 21:06
Azərbaycan səfirliyi Riqada 9 Mayı qeyd etdi - Foto
12-03-2017, 13:52
Yeganə boşanmadığını belə sübut etdi - Fotolar
28-06-2015, 20:17
Ramazanda reflüks olmamaq üçün... - TÖVSİYƏ
19-11-2017, 10:05
Türkiyə, Rusiya və İran xarici işlər nazirləri bu gün görüşəcək
8-02-2023, 11:10
Ölənlərin sayı 6234 oldu, 37011 yaralı var - YENİLƏNİB
9-08-2017, 22:37
Daşkəsəndə toyda mahnı üstündə dava - Yaralananlar var
16-08-2022, 12:08
Azərbaycanda 22 il əvvəl törədilən qətlin ÜSTÜ AÇILDI
16-05-2018, 15:04
Yerevan yenə "qaynayır" - Etirazçılar şəhər meriyasına daxil oldular