Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dəm qazından zəhərlənmə: əhalinin səhlənkarlığı, yoxsa məsul qurumların cinayəti?
Tarix: 18-10-2016 | Saat: 23:16
Bölmə:Karusel / Gündəm / Bizim seçim | çapa göndər

Dəm qazından zəhərlənmə: əhalinin səhlənkarlığı, yoxsa məsul qurumların cinayəti?

Havaların kəskin soyuması ölkədə qazdan istifadəni daha fəal fazaya keçirtdi. Bu da hər il olduğu kimi dəm qazından zəhərlənmə hallarını çoxalda bilər. Belə ki, Hacıqabul rayonunda dəm qazından zəhərlənmə qeydə alınıb. Hacıqabul şəhəri M.Rəsulzadə küçəsində yaşayan, 15 yaşlı Hüseyn Ələsgər oğlu Ələsgərov hamamda çimərkən dəm qazından zəhərlənib. Bakıda 17 yaşlı qız dəm qazından zəhərlənib. Hadisə Binəqədi rayonunda qeydə alınıb. Rayon sakini, 17 yaşlı Çinarə Əmiraslanova dəm qazı zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib.

"Xəbəraz.az " deyerler.org-a istinadən bildirir ki, ARDNŞ-nin "Azəriqaz" istehsalat birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kəlbəlayevin dediyinə görə, texniki təhlükəsizlik qaydalarına riayət edilsə dəm qazından zəhərlənmə halları da kəskin şəkildə azalar: "Azəriqaz" İB tərəfindən abunəçi ilkin vaxt qeydiyyata alındığı zaman əməkdaşlarımız tərəfindən ciddi məlumatlandırılır. Zəruri təlimatlar vətəndaşlara izah edilir. Qaz avadanlıqları quraşdırılarkən mütəxəssislərin iştirakı təmin edilməlidir. Digər tərəfdən qazla qızdırılan su qızdırıcılarının quraşdırıldığı vanna otaqları da müəyyən həcmə malik olmalıdır, ən əsası da tüstü bacasının işlək vəziyyətdə olması təmin edilməlidir. Vanna otağının qapısı çölə açılmalıdır və qapının altında mütləq nəfəsliklər olmalıdır. Bu kimi texniki təhlükəsizlik qaydalarına riayət edilsə, dəm qazından zəhərlənmə halları da kəskin şəkildə azalar. Onu da nəzərə almaq lazımdır ki, "Azəriqaz" İB yalnız verilən qazın paylanmasını həyata keçirdir. Bu baxımdan bəzilərinin qazın tərkibinin pis tərkibi ilə bağlı irəli sürdükləri fikirlərin cavablandırlması bizə aid olan bir mövzu deyil".

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı Mirvari Qəhrəmanlı deyib ki, qazın tərkibində ciddi problemlər müşahidə edilir: "Bütün məsuliyyət "Azəriqaz" İB rəhbərliyi Əkbər Hacıyev daşıyır. Çünki, bütün mütəxəssisləri o işə qəbul edir. Harada bir fəsad olursa, deməli onun qəbul etdiyi mütəxəssislərin səriştəsizliyi ilə bağlı olan bir məsələdir. Qaza nəzarəti Nazirlər Kabinetinin qərarı ilə FHN-ə verdilər. Lakin hal-hazırda qaza texniki nəzarət FHN və "Azəriqaz" İB-nin arasında qalıb. Bu gün bu sahədə texniki baxış keçirənlərin kimlərdən ibarət olduğu tam məlum deyil. Amma sənədlə dəm qazından zəhərlənmə hallarında sırf FHN məsuliyyət daşıyır. Amma "Azəriqaz" İB-də məsuliyyətdən tam kənarda qalmır. Bu gün qazdan zəhərlənmə hallarının məsuliyyətini əhalinin üzərinə atmaqla iş bitmiş hesab edilə bilməz. Belə ki, bu gün mütəxəssislərin də dediyinə görə qazın tərkibində ciddi problemlər müşahidə edilir. Digər tərəfdən bu sahədə korrupsiya halları da bu cür faciələrin baş verməsinə zəmin yaradır. Əhaliyə verilən qazın tərkibi mütləq ciddi şəkildə yoxlanılmalı və araşdırlmalıdır. Heç əvvəllər bu qədər dəm qazaından zəhərlənmə halları baş vermirdi. Deməli bu gün nələrsə baş verir. Eyni zamanda bir çox binalarda da mərkəzləşdirilmiş qazın verilməsi təmin olunmadığı üçün insanlar məcbur olub əlavə qaz yandırırlar. Bu da evlərdə müəyyən problemlərə səbəb olur. Ümumiyyətlə isə bu gün ölkədə qazla bağlı yaranan problemlərin ən başlıca məsuliyyəti məhz "Azəriqaz" İB-nin üzərinə düşür".


Xəbəri paylaş

7148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___