Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"İdxal məhsullarına gömrük rüsumlarının artırılması yerli bazarın qorunmasına hədəflənib"
Tarix: 18-10-2016 | Saat: 16:54
Bölmə:Karusel / İqtisadiyyat / Bizim seçim | çapa göndər

"İdxal məhsullarına gömrük rüsumlarının artırılması yerli bazarın qorunmasına hədəflənib"

Bir sıra idxal məhsulları üzrə gömrük rüsumlarının artırılması daxili bazarın qorunmasına hədəflənib.
"Xəbəraz.az "Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, gömrük rüsumu dərəcələrinin artırılması, əsasən, ölkəyə idxal edilən tərəvəz, meyvə, şirə, tikinti materialları və başqa mallara şamil edilib.

Qeyd edək ki, Nazirlər Kabineti (NK) tərəfindən Azərbaycanda idxal edilən ev toyuqları (ət və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş), yumurta, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumları müəyyənləşdirilib.

Bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə etdiyi dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. O cümlədən, meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.


Xəbəri paylaş

6298 dəfə oxunub.

Digər xəbərlər
23-04-2018, 10:03 Cəbhədən SON XƏBƏR

bütün xəbərlər
____ Instagram ___