DYP sürücülərə xəbərdarlıq etdi: Bu avtomobillərin istismarı qadağan edilir
Tarix: 16-10-2016 | Saat: 00:38
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

“Texniki cəhətdən qış mövsümünə hazır olmayan avtomobillərin istismarı qadağandır”. Bunu "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
K.Əliyev deyib ki, qış aylarında yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsəd ilə BDYPİ sürücülərə xəbərdarlıq edib: “Qış mövsümünün başlaması ilə əlaqədar sürücülər və avtomobil sahibləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə, avtomobillərin şinlərinə diqqət yetirməlidirlər”.
O qeyd edib ki, avtomobil şinləri protektorundakı naxışların qalmış hündürlüyü müəyyən olunmuş normalara cavab verməlidir: “Belə ki, minik avtomobilləri üçün şinlərin protektorlarındakı naxışların qalmış hündürlüyü 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır. Həmçinin eyni ox üzrə müxtəlif naxışlı şinlərdən istifadə olunmamalıdır. Bu normalar gözlənilmədikdə həmin nəqliyyat vasitələrinin istismarı qadağan olunacaq və idarəetmədən kənarlaşdırılacaq. Sürücülərə tövsiyə olunur ki, texniki vəziyyəti nasaz olan, şinləri normalara cavab verməyən avtomobillərlə yola çıxmasınlar".
Şöbə rəisi vurğulayıb ki, sürücülər nəqliyyat vasitələrini qış mövsümü başlamamışdan əvvəl texniki baxışdan keçirməlidirlər: “Bütün nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətdə olmalıdır. Əsasən qış üçün təkər və işıq faraları uyğun hala gətirməli, silgəclərin vəziyyəti yoxlanılmalı, avtomobildə zəncir və dartı kəndiri olmalıdır. Bundan başqa, sürücülərin təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməmələri, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmaları tövsiyə olunur”.
K.Əliyevin sözlərinə görə, sürücülər xüsusilə yağıntı düşən ərazilərdə sürət həddini meteoroloji və yoldakı şəraitə uyğun seçməlidirlər.
Xəbəri paylaş
9668 dəfə oxunub.
Digər xəbərlər

29-05-2015, 01:07
“Maşın” şounun qalibi məlum oldu - VİDEO
24-03-2017, 14:10
Trampdan daha bir qərar: ABŞ-a səyahət etmək çətinləşir
17-10-2022, 09:25
Selena Qomez və Heyli Biber ilk dəfə bir arada - FOTOLAR
27-06-2015, 16:18
Ərdoğan: “Bu dövlətin qurulmasına icazə verməyəcəyik”
6-11-2017, 17:31
Hacı Özgedən anasını söydüyü üçün ayrılıbmış
15-05-2015, 14:27
Rəqsanənin də canlı yayımda ürəyi getdi -(VİDEO)
13-08-2019, 08:35
Nura Suri: "Əxlaqı geyimlə ölçənlər əxlaqsızın böyüyüdür"
16-06-2020, 09:49
İnsanlara "evdəqal" deyib, özü Qubada dincəldi - ÜST nümayəndəsinin bu fotoları tənqid olundu
26-08-2015, 17:35
Xalq artistindən şok etiraf: Həyat yoldaşım mənə xəyanət etmişdi