Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Saçları ağaranlara TƏBİİ ÜSUL: soğanı iki yerə bölün...
Tarix: 15-10-2016 | Saat: 16:01
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Saçları ağaranlara TƏBİİ ÜSUL: soğanı iki yerə bölün...

Qadınların ən böyük narahatlıqlarından biri də ağaran saçlardır. Saçına rəng qoymaq istəməyən xanımlar bəzi təbii üsullarla saç ağarmasının qarşısını ala bilərlər. Bu üsullardan biri də saça soğan sürtməkdir. "Xəbəraz.az ".lent.aza istinadən bununla bağlı məlumatı təqdim edir.

Aparılan elmi araşdırmalar saç ağarmasının saç diblərində hidrogen peroksidin yığılmasıyla meydana gəldiyini sübut edib. Bu isə katalaz fermentinin azalması nəticəsində baş verir. Soğan suyu katalazlə olduqca zəngindir və əsrlərdir saç ağarması üçün təbii müalicə üsulları sırasında yer alır. Soğan suyu katalaz istehsalını artırır və saçların ağarmasına mane olur.

Tədqiqatda soğanın katalaz fermenti sayəsində saç köklərində yığılan və rəngini itirməyə gətirib çıxaran hidrogen peroksidi aradan qaldırdığı müəyyənləşib. Bundan başqa soğanı saça sürtdükdə saçlar sağlam formada uzanır.

Soğan suyu ağaran saçların təbii rənginə qayıtması üçün çox təsirlidir. Saç köklərini qidalandırır, mikrobları və parazitləri öldürərək saç dərisinə qulluq edir. Soğan sulfur tərkibi sayəsində saç dərisindəki iltihab və göbələk kimi problemləri müalicə etməyə də kömək olur.

Soğan suyunun hazırlanma üsulları:

1. Soğanı ortadan iki yerə bölüb portağal kimi sıxıb suyunu çıxarın. Yaxud soğanı dilimləyib qatı meyvə sıxacağından suyunu çıxara bilərsiniz.
2. Soğanları 3-4 parçaya bölüb blendrdan və ya rəndədən keçirin. Sonra süzgəcdən keçirib suyunu çıxarın.
3. Evdə qatı meyvə sıxacağı, blender və ya rəndə yoxdursa, soğanı ortadan kəsib əzin, süzgəcdən keçirib suyunu çıxarın.

Soğan suyu təbii vasitə olsa da, allergiyadan qorunmaq üçün əvvəlcə boyun bölgəsinə çəkərək allergiya testi edin. Əgər qızarma, yanma kimi əlamətlər yoxdursa, soğanı saç diblərinə sürtə bilərsiniz.

Yuxarıda qeyd edilən üsullardan biri ilə soğanın suyunu çıxarın. Bu suya pambıq batırıb saç diblərinə və saçlarınıza sürtün. 30 dəqiqə-1 saatdan sonra yuyun. Həftədə 3 dəfə bu üsuldan yararlanın. Faydasını görəcəksiniz.


Xəbəri paylaş

8388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___