QHT-lərin İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər Gəncədə davam etdirilib
Tarix: 15-10-2016 | Saat: 01:17
Bölmə:Karusel / Gündəm / M2 / Xəbəraz TV / Reportaj | çapa göndər
Oktyabrın 14-də Gəncədə "Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı” layihəsi çərçivəsində “QHT-lərin elektron resurslarının yaradılması və QHT nümayəndələrinin İKT bacarıqlarının inkişafı” mövzusunda təlim keçirilib.
"Xəbəraz.az " xəbər verir ki,Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyi tərəfindən YAP Gəncə şəhər təşkilatının qərargahında keçirilən təlimdə 30-dan çox QHT nümayəndəsi və gənc fəallar iştirak edib.
Təlimin layihə rəhbəri və qht.az saytının baş redaktoru Cəsarət Hüseynzadə bildirib ki, layihənin əsas məqsədi QHT-lərin elektron resurslarının yaradılması və QHT nümayəndələrinin İKT bacarıqlarının inkişaf etdirilməsidir. Məlumat verilib ki, indiyədək Bakı, Şirvan, Quba və Mingəçevir şəhərlərində 100-ə yaxın QHT üzvləri üçün təlimlər keçirilib.
Layihə çərçivəsində 400 QHT üçün subdomenli saytlar, 150-yə yaxın QHT liderləri üçün isə bloqlar yaradılıb. Cari ilin mayında başlayan layihənin noyabrın 5-də yekunlaşacağını qeyd edən təlimçi vurğulayıb ki, şəbəkədə daha çox aktivlik göstərən QHT-lərə və gənc fəallara xüsusi mükafatlar təqdim olunacaq.
Təlimdə QHT-lərin vətəndaş cəmiyyəti şəbəkəsinin (www.qht.az) elektron bazasında qeydiyyatı, onlara məxsus subdomenli saytların idarə olunması, QHT liderlərinin informasiya bankının yaradılması, bloqlarının idarə olunması və qht.az xəbər saytına QHT-lər tərəfindən xəbərlərin daxil edilməsi ilə bağlı praktiki məşğələlər aparılıb. Təlimlər zamanı bir neçə təşkilat üçün subdomenli saytlar yaradılıb.
Sonda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.
Xəbəri paylaş
8108 dəfə oxunub.
Digər xəbərlər

21-03-2019, 09:44
"Təki hamının ailəsi müğənnininki kimi qeyrətli olsun" - Fatimə və Roza əsəbiləşdi
23-06-2015, 01:19
Məşhur model Eda - Taşpınar Osmanlı kişisi lazımdır
11-06-2015, 13:48
İşaxtaranlara xoş xəbər
15-05-2017, 17:11
BAKIDA qadın özünü binadan atdı - FOTO - YENİLƏNİB
19-05-2016, 12:03
İlham Əliyev 2 fərman imzaladı
15-09-2021, 10:40
Viaqradan da güclü olan əvəzsiz bitki
22-08-2018, 12:32
Bu MEYVƏLƏRİN ÇƏYİRDƏKLƏRİ meyvələrin özündən də faydalıdır!
15-01-2019, 11:16
Avtobus dayanacaqlarının yeri dəyişdirilir
11-08-2015, 15:27
Azərbaycanda deputat köməkçisi qəzada öldü
16-12-2015, 22:46
Məhkəmə 18 yaşlı qızı zorlamaqda günahlandırıran bəraət qazandırdı