Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ulduz futbolçu Fransanı təhqir etdi
Tarix: 16-03-2015 | Saat: 16:14
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Ulduz futbolçu Fransanı təhqir etdi


Ulduz futbolçu Zlatan İbrahimoviçin sözləri Fransanı ayağa qaldırıb.

xeberaz.az -ın məlumatına görə, PSJ forması geyən təcrübəli futbolçu oyundan sonra əsəblərini cilovlaya bilməyib. "Bordo" ilə oyundan 3:2 hesabı ilə məğlub ayrılan PSJ-də isveçli ulduzun hərəkətləri böyük reaksiyaya səbəb olub.

Oyundan sonra 4-cü hakimi tənqid edən futbolçu kameraların onu çəkdiyindən xəbərsiz olub. İbrahimoviç bir az da irəliyə gedərək Fransanı təhqir edib və bu ölkənin PSJ-yə layiq olmadığı bildirib.

"15 illik futbol karyeramda bu ölkədəki kimi müvəffəqiyyətsiz bir hakim görmədim. PSJ bu ölkədə olmamalıdır. Biz bu ölkə üçün çox yaxşıyıq", - deyə futbolçu söyləyib.

Futbolçunun təhqirlərini ekran qarşısından canlı olaraq izləyən idman şərhçiləri də İbrahimoviçi tənqid ediblər. Hətta Fransa idman naziri Patrik Kanner də bu məsələyə münasibət bildirib: "İbrahimoviçin üzüntüsü hakimə və onu qonaq edən ölkəyə təhqir etməsinə haqq qazandırmaz. Ulduz futbolçunun Fransadan üzr istəməsi lazımdır", - deyə nazir vurğulayıb.

Artan tənqidlərdən sonra futbolçu PSJ-nin rəsmi saytından üzr istəyib. O bildirib ki, sözləri yanlış anlaşılıb: "Mənim sözlərim nə Fransa, nə də Fransa xalqına istiqamətlidir. Mən, yalnız futboldan bəhs etdim. Bir matçda məğlum olduğunu qəbul edirəm. Amma hakimin qaydaları yerinə yetirməməsini qəbul etmirəm. Bu cür hadisələr ilk dəfə deyil. Matçdan sonra oyunun stress ilə istəmədən bəzi ifadələr işlətdim. Hər kəsdən üzr istəyirəm", - deyə İbrahimoviç söyləyib.


Xəbəri paylaş

7468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___