Portağalın 6 faydası
Tarix: 10-10-2016 | Saat: 20:14
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Portağal C vitamini ilə zəngindir. Bu meyvə insanı gümrah edər və bədənə çoxlu kalori daxil etməz. Soyuq günlər gəlib çatmışdır və bədənimizin C vitamininə daha çox ehtiyacı vardır.
"Xəbəraz.az " dəyərlər.org-a istinadən portağalın 6 faydasını təqdim edir:
1. Soyuqdəymənin dərmanıdır. Çünki portağalın tərkibində C vitamini immun sistemini gücləndirir. Bu vitamin bədəndə olan iltihablara təsir edir və onun sağalmasına şərait yaradır. Bir portağal insanın gün ərzində C vitamininə olan ehtiyacının yarısını ödəyir.
2. Portağalın tərkibində olan fibrlər qandakı xolesterinə müsbət təsir göstərir. Portağal suyu qanda olan yağlılığı aşağı salır. Ona görə də gün ərzində 3 stəkan təzə çəkilmiş portağal suyu içmək tövsiyə edilir.
3. Portağalın tərkibində su, kalsium, bir qədər kalori vardır. Əgər çəkinizi aşağı salmaq istəyirsinizsə, o zaman banan və ya üzüm yerinə portağal yeyin. Portağal dəmirin cəzb olmasına yardım edir.
4. Portağal xərçəng xəstəliyinə qarşı yaxşı vasitədir. Tədqiqatlar göstərir ki, portağalın tərkibində olan anti-oksidantlar xərçəngin bir çox növlərinə tutulmaq riskini azaldır, o cümlədən ağız, mədə, bağırsaq xərçənginin. Portağalın tərkibində olan C vitamini bir çox xəstəliklərin qarşısını aldığı kimi, xərçəngin də qarşısını ala bilir. Əgər portağal suyunun tərkibini daha da gücləndirmək istəyirsinizsə, onunla bir yerdə yaşıl çay da için. Hər ikisinin tərkibində olan anti-oksidantlar xərçəng üçün sədd yaradar.
5. Ürəyinizə faydalıdır. Portağalın tərkibində olan anti-oksidantlar ürək xəstəliklərinin də qarşısını alır.
6. Dəriyə müsbət təsir edir. Portağalın tərkibində olan anti-oksidantlar hüceyrələrin qocalmasının qarşısını alır və hüceyrə sistemini gücləndirir. Ona görə də tövsiyə edilir ki, hər gün ya portağal yeyəsiniz, ya da onun suyundan istifadə edəsiniz.
Xəbəri paylaş
7238 dəfə oxunub.
Digər xəbərlər

24-12-2015, 10:50
Saakaşvilidən ukraynalılara çağırış – İnqilab
28-04-2016, 18:41
Hələb şəhərinin xəstəxanası bombalandı - 53 dinc sakin öldü
16-05-2015, 18:34
“Qalatasaray”ın çempionluq estafeti: İlk hədəf “Gənclərbirliyi”
19-02-2018, 13:27
“WhatsApp” da YENİLİK
11-03-2022, 11:17
Doğum evindəki fotosu ilə gündəmə gələn qadın bloqer imiş
25-06-2023, 16:05
"Travmatologiya İnstitunda, travmalı idarəçilik"
20-09-2021, 11:41
"Səyyad Əlizadənin vəziyyətində heç bir dəyişiklik yoxdur" - AÇIQLAMA
16-10-2019, 06:03
Qadınların rahat yaşaması üçün ən yaxşı və pis ölkələr açıqlandı
29-08-2017, 10:46
Azərbaycanda qeysəriyyə ilə doğulan uşaqların sayı artır
7-04-2016, 17:53
Medvedyevin İrəvan səfəri başladı