Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Övladınızın bədbəxt olmasını istəmirsinizsə... - Psixoloq
Tarix: 08-10-2016 | Saat: 09:32
Bölmə:Karusel / Maraqlı / Bizim seçim | çapa göndər

Övladınızın bədbəxt olmasını istəmirsinizsə... - Psixoloq


Valideynlərin övladları ilə səmimi olmaması bu kimi faciəvi hadisələrin meydana gəlməsinə səbəb olur.

Bu sözləri psixoloq Dəyanət Rzayev son dövrlərdə məktəblilərin intihar hallarının artması ilə bağlı Axar.az-a danışarkən deyib.

“Bu kimi intiharların səbəbləri adətən fərdə görə araşdırılır və müəyyən bir səbəb ortaya çıxarılır. Amma ümumilikdə baxanda ən mühüm səbəb münasibətlərdir. Ailə ilə, ətrafdakılarla, həmyaşıdlarla, həmçinin müəyyən yaş dövründə sevgi münasibətləri yeniyetmələrin psixologiyasına ciddi təsir göstərir.

14-15 yaş çox həssas bir yaş dövrüdür. Hormonal aktivlik gedir, orqanizmdə dəyişikliklər müşahidə olunur. Buna görə, yeniyetmələrə bu yaş həddinə uyğun davranmaq lazımdır.

Ümumiyyətlə, uşağı uşaqlıqdan – 3 yaşından şəxsiyyət kimi böyütmək lazımdır. Uşaq özünü dərk edəndən onu şəxsiyyət kimi qəbul etmək lazımdır. Amma, əfsuslar olsun ki, Şərq ölkələrində uşaqlara şəxsiyyət kimi yanaşmırlar. Onlara övlad kimi, uşaq kimi baxırıq, amma şəxsiyyət olaraq onlarla hesablaşmırıq.

Hansısa bir qız bir oğlanı sevəndə gəlib atasına, anasına bunu etiraf edə, dərdini bölüşə bilmir. Təbii ki, bu da öz içində qapanmasına, problemlərin yaranmasına səbəb olur.

Əsas səbəb valideynlərlə övladları arasında səmimiyyətin olmamasıdır. Valideynlə övlad arasında çox ciddi və böyük bir uçurum var.

Ətraf-mühitin qınağı da bu kimi faciəvi hadisələrdə rol oynayır: iki almaq, dərsə hazırlaşa bilməmək, ali məktəbə daxil ola bilməmək, ərə gedə bilməmək və sairə.

Biz həmişə qınayırıq, tənbeh edirik. Amma heç vaxt dinləyib, başa düşüb, öz övladlarımızla həmrəy olmuruq.

Səbəblər arasında depressiya da mühüm yer tutur. Yeniyetmə depressiyaya qapanır, açılışmır, danışmır. Danışanda da ona “Nə olub sənə? Yeməyin var, içməyin var. Sənə nə lazımdı?” deyirik. Nəticədə də belə acınacaqlı hadisələr baş verir.

Valideynlər övladları ilə dostluq münasibətləri yaratsın. Onları qınamasın, başa düşsün, həmrəy olsun”, - psixoloq bildirib.


Xəbəri paylaş

7598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___