Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
Texniki baxış üçün yol vergisi qəbzi tələb olunurmu?
Tarix: 22-05-2015, 22:09 | Saat: 15:47:00
Bölmə:Karusel / İqtisadiyyat / M2 / Fotogalereya | çapa göndər

Texniki baxış üçün yol vergisi qəbzi tələb olunurmu?
Mətbuatda Azərbaycanda avtomobillərini texniki baxışdan keçirmək istəyən şəxslərdən yol vergisinin ödənilməsi barədə də sənədin tələb olunacağına dair məlumat yayılıb. Bu məsələnin Milli Məclisin mayın 29-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilmiş “Yol hərəkəti haqqında” qanuna dəyişikliklərdə öz əksini tapdığı bildirilir. Guya dəyişikliyə əsasən, texniki baxış keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs indiyə qədər təqdim etdiyi sənədlərdən əlavə Vergi Məcəlləsi ilə müəyyən edilmiş məbləğdə yol vergisinin ödənilməsi barədə sənədi də təqdim etməlidir.
Xeberaz.az xəbər verir ki, Fins.az bu məsələni araşdırıb və məlum olub ki, avtomobil sahiblərindən belə bir sənəd tələb oluna bilməz. Çünki, bir müddət əvvəl yol vergisi rəsmi olarq ləğv edilib. Belə ki, ötən ilin sonunda Milli Məclisdə Vergi Məcəlləsinə edilən son dəyişikliyə əsasən, bu il yanvarın 1-dən avtomobillərə yol vergisi tətbiq olunmur. Buna görə də, sürücülər öz nəqliyyat vasitələrini texniki baxışdan keçirərkən yalnız texniki baxışa görə dövlət rüsümü ödəyəcəklər. Yəni, hamı maşının mühərrikinin iş həcmindən, markasından, təyinatından və növündən asılı olmayaraq vahid rüsum ödəyəcək. Yol vergisisinin ödənilməsi haqda haqda qəbz isə tələb olunmayacaq.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da fins.az-a bildirib ki, komitədə belə bir müzakirə aparılmayıb, “Yol Hərəkəti haqqında” qanuna başqa dəyişikliklər nəzərdən keçirilib.
Bir daha xatırladaq ki, hazırda qüvvədə olan qanuna görə, texniki baxış üçün yeganə ödəniş “Dövlət rüsumu haqqında” qanunun 18.65.1 maddəsində müəyyən olunmuş texniki baxış rüsumudur. Bu rüsumun məbləği avtomobillər üçün 20 manat, motosikletlər, qoşqular və yarımqoşqular (o cümlədən avtomobillər üçün qoşqular və yarımqoşqular) üçün isə 10 manatdır. Texniki baxış rüsumundan (10 və ya 20 manat) və 1 manatdan artıq olmamaqla bank xərcindən əlavə sürücüdən texniki baxış zamanı hər hansı digər ödənişin (bilka pulu, müayinə pulu və başqa ad altında) tələb olunması qanunsuzdur.шаблоны для dle 11.2

3008 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___