Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sənədsiz evlərin qeydiyyatı ilə bağlı XOŞ XƏBƏR: Qanun layihəsi Milli Məclisə təqdim olundu
Tarix: 07-10-2016 | Saat: 14:47
Bölmə:Karusel / İqtisadiyyat / Bizim seçim | çapa göndər

Sənədsiz evlərin qeydiyyatı ilə bağlı XOŞ XƏBƏR: Qanun layihəsi Milli Məclisə təqdim olundu



Azərbaycanda hündürlüyü 12 metrə qədər olan, 2013-cü ilin yanvarın 1-dək tikilən evlərin qeydiyyata alınması üçün yeni prosedur tətbiq olunur.

Milli Məclisdən APA-ya verilən məlumata görə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0.9-cu maddəsinə yeni bəndlər əlavə edilir. Azərbaycan prezidentinin təqdim etdiyi layihəyə əsasən, "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-ə qədər) inşa edilmiş tikililərə dair” adlı maddəyə edilməsi nəzərdə tutulan əlavədə qeyd olunu ki, aşağıdakı sənədlər qeyd olunan tarixədək göstərilən evlərin qeydiyyata alınması üçün zəmin yaradacaq:

- icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;

- məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;

Layihədə o da göstərilir ki, sənəd, 2013-cü il yanvarın 1-ə qədər inşa edilmiş hündürlüyü 12 metrədək olan yaşayış evlərinin qeydiyyat məsələlərini asanlaşdırmaq üçün təqdim olunur.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və oktyabrın 14-də müzakirəyə çıxarılacaq.


Xəbəri paylaş

1 0588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___