Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda 15 yaşlı qızdan doğum günündə DƏHŞƏTLİ ƏMƏL - TƏFƏRRÜAT
Tarix: 07-10-2016 | Saat: 14:19
Bölmə:Karusel / Hadisə / Bizim seçim | çapa göndər

Bakıda 15 yaşlı qızdan doğum günündə DƏHŞƏTLİ ƏMƏL - TƏFƏRRÜAT


Bakıda 15 yaşlı məktəbli qızın doğum günündə intihar etməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Aygün Qəniyevanın təhsil aldığı Laçın rayon 6 saylı orta məktəbindən bildirilib ki, o, sakit təbiətli şagird olub. Məktəbin keçmiş direktoru, A.Qəniyevanın coğrafiya müəllimi Rahib Əzimov deyib ki, onun davamiyyətlə bağlı problemi olmayıb: "Onun bacı-qardaşı da bizim məktəbdə təhsil alır. Əslən Saatlı rayonundan olsa da, yaxınlıqda başqa məktəb olmadığından bizim məktəbdə təhsil alırdı. Dünən sinif rəhbəri qızın dərsə gəlmədiyini görüb valideyni ilə əlaqə saxlayıb. Ata-anası da işdə olub. Onlar evə zəng edəndən sonra Aygünün özünü öldürdüyünü öyrəniblər. Biz də dərhal evlərinə getdik. Qızın məktubu da yoxdu ki, niyə intihar etdiyini dəqiq biləsən".

Məktəbdən onu da bildiriblər ki, 15 yaşlı Aygünün ailədə problemləri olub. Belə ki, valideynləri onun ailə qurmasını və hazırda hərbi xidmətdə olan oğlan qayıtdıqdan sonra nişanlanmasını istəyiblər. 9-cu sinifdə oxuyan qız isə buna qarşı çıxıb.

Aygün Qəniyevanın məhz doğum günündə həyatına son qoymasının dəqiq səbəb isə hələlik bilinmir.

*****

10:53

Bakıda dəhşətli intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, 2001-ci ildə Saatlı rayonunda anadan olmuş Qəniyeva Aygün Qubad qızı Xocasən qəsəbəsində yaşadığı fərdi yaşayış evində özünü asıb. Yaxınları 15 yaşlı qızın meyitini hamamın nəfəsliyindən asılı vəziyyətdə aşkarlayıblar.

"Xəbəraz.az "-ın əldə etdiyi məlumata görə, dünən A.Qəniyeva 15 yaşını tamam edib. Onun niyə məhz doğum günündə həyatına son qoyması məlum deyil. A.Qəniyeva orta məktəbin 10-cu sinif şagirdi olub.lent.az


Xəbəri paylaş

8888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___