Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Metroda gediş haqqı artacaq? - RƏSMİ
Tarix: 06-10-2016 | Saat: 19:01
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Metroda gediş haqqı artacaq? - RƏSMİ

Metroda gediş haqqının artırılacağı ilə bağlı yayılan xəbərlər və orada əks olunan rəqəmlər cəfəngiyyatdır.
"Xəbəraz.az " oxu.az-a istinadən bildirir ki, bu sözləri "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

"Bakı Metropoliteni" olaraq, biz Tarif Şurasına qiymətin artırılması ilə bağlı müraciət etməmişik. Tarif Şurasına müraciət edilməmiş qiymətlər artırıla bilməz. O ki qaldı bir sərnişin daşınması üçün xərcin 82,4 qəpik olmasına, bu rəqəm cəfəngiyyatdır. Hesablama Palatası hər ilin sonunda bununla bağlı rəsmi rəqəmləri açıqlayır.

Palata 2015-ci ildə bir sərnişinin daşınmasına çəkilən xərci 54 qəpik göstərmişdi. Cari ilin sonunda bu il bir sərnişinin daşınmasına çəkilən xərc açıqlanacaq", - deyə "Bakı Metropoliteni"nin rəsmisi bildirib.

Qeyd edək ki, "Azadlıq" radiosu Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəqəmlərə istinadən hesablayıb ki, gəlir və xərc nəzərə alınmaqla, bir sərnişinin daşınması metropolitenə 20 qəpiyə deyil, 82,4 qəpiyə başa gəlir.


Xəbəri paylaş

7538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___