Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda evlənmək istəməyən yeniyetmə atasını qəribə üsulla öldürdü - YENİLƏNİB
Tarix: 06-10-2016 | Saat: 17:56
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda evlənmək istəməyən yeniyetmə atasını qəribə üsulla öldürdü - YENİLƏNİB

17:22

Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsi, Südçülük Sovxozunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Report-un xəbərinə görə, Gədəbəy rayon sakini, 17 yaşlı Kənan Qasımov atası Qulu Qasımovun ürək nahiyəsinə bıçaq zərbəsi vurub.

Məlumata görə, K.Qasımov hadisə baş verməzdən əvvəl pisxoloji sarsıntı keçirib. Belə ki, o, bir neçə gün əvvəl təhsil aldığı liseydən yarımçıq çıxıb. Bundan sonra valideynləri K.Qasımovu evləndirmək istəyib. O isə atasına evlənməyəcəyini bildirib. Q.Qasımov isə oğlunu evləndirməkdə israr edib.

Bundan əsəbləşən K.Qasımov atasını öldürmək üçün mətbəxdən bıçaq götürərək atasının yanına gəlib. O, atasını bıçaqla ürəyindən vurmaq istəsə də, ürəyinin dəqiq yerini bilməyib. Bu səbəbdən, yeniyetmə əlini öz ürəyinin üstünə qoyub. Bu üsulla o, atasının ürək nahiyəsini tapıb və bıçağı Q.Qasımovun ürəyinə sancıb.

K.Qasımov tutulub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

-----------

16:29

Bakıda qətl törədilib.

"Xəbəraz.az " bildirir ki, Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Binə qəsəbəsi, Südçülük Sovxozunda qeydə alınıb. Orada yaşayan, 17 yaşlı Kənan Qulu oğlu Qasımov atası, 41 yaşlı Qulu Qasımovu bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən Q.Qasımovu dayısı polisə təslim edib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.


Xəbəri paylaş

1 1388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___