“Təfəkkür” Universiteti cəzalandırıla bilər
Tarix: 06-10-2016 | Saat: 17:55
Bölmə:Karusel / Təhsil | çapa göndər
Bir neçə gün əvvəl məlumat yayılmışdı ki, “Təfəkkür” Univürsitetinin rəhbərliyi 40 nəfər tələbəni xaric edib. Səbəb həmin tələbələrin təhsil haqqını ödəyə bilməməsidir.
Bu da universitetdə ciddi narazılığa səbəb olub. Çünki “Təfəkkür” Universitetində təhsil haqqını ödəyə bilməyən və yaxud ödənişdə geçikmələrə yol verən tələbələr kifayət qədər çoxdur. Bu da təbii ki, bir tərəfdən təhsil haqlarının baha olması, digər tərəfdən isə ölkədə getdikcə dərinləşən maliyyə böhranı ilə əlaqədardır.
Redaksiyamıza daxil olan məlumata görə, hazırda da universitetdə gərginlik davam edir. Təhsil haqqını ödəyə bilməyən digər tələbələr də universitetdən xaric ediləcəklərindən narahatdır. Məlumatda deyilir ki, həmin tələblərdən bəziləri baş verənlərlə bağlı “yuxarılar”a da müraciət edib.
Məlumatda bildirilir ki, “Təfəkkür” Universitetinin rəhbərliyinin ölkədə narazılığın günü-gündən artdığı bir vaxtda belə addım atması Prezident Administrasiyasında hiddət doğurub. O səviyyədə ki, universitet rəhbərliyinin cəzalandırılması gündəmə gəlib.
Yeri gəlmişkən, bu günlərdə belə bir məlumat yayıldı ki, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti, Bakı Biznes və Naxçıvan Özəl universitetlərinin akkreditasiya müddəti başa çatıb.
Məlumata görə, bu ali təhsil müəssisələrinin yenidən akkreditasiyadan keçirilməsi üçün Təhsil Nazirliyində müvafiq Akkreditasiya komissiyaları yaradılıb. Həmin komissiyalar sözügedən müəssisələrdə təhsil prosesinin təşkilinin, onların maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının qəbul olunmış dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə təhlillər aparacaqlar.
Komissiyaların yekun arayışı Akkreditasiya Şurasında müzakirə olunacaq və təhsil müəssisəsinin statusunu müəyyənləşdirməklə onun tam şəkildə və ya ayrı-ayrı təhsil proqramları üzrə akkreditasiyadan keçib-keçməməsi barədə qərar qəbul ediləcək.
Mümkündür ki, “Təfəkkür” Universiteti rəhbərliyinin yuxarıda qeyd olunan addımı bu ali məktəbin akkreditasiyadan keçə bilməməsinə səbəb ola bilər.
Xəbəri paylaş
1 0268 dəfə oxunub.
Digər xəbərlər

16-02-2021, 10:47
"Şirvanşah” restoranın rəhbəri inzibati məsuliyyətə cəlb olundu
28-04-2016, 22:21
Rusiyada azərbaycanlılar və dağıstanlılar arasında atışma - FOTO
13-05-2016, 21:00
Tağı Əhmədov bir dilim piroqa 70 manat verdi
5-01-2022, 10:53
"Azəriqaz"dan əhaliyə MÜRACİƏT: Limitin sıfırlanması üçün... - VİDEO
10-05-2016, 09:56
Boyun ağrılarından xilas olun – 10 QIZIL QAYDA
24-04-2016, 21:26
Rus gəmisində Türkiyə bayrağı dalğalandı - Foto
20-02-2020, 17:51
Orqan mafiyası" ilə bağlı məlumatlara RƏSMİ AÇIQLAMA
7-12-2015, 13:11
“İş, yoxsa uşaq”: işləyən analara dəyərli MƏSLƏHƏTLƏR
13-10-2016, 19:17
Vüsalədən kövrək sözlər: "Olmaya, sən də tənhalığa çəkilmisən?"