Valideynləri maraqlandıran sual: Uşaq niyə tez-tez xəstələnir?
Tarix: 06-10-2016 | Saat: 10:09
Bölmə:Karusel / Maraqlı | çapa göndər
"Xəbəraz.az " lent.az-a istinadən pediatr Günay Rəsulovanın məqaləsini təqdim edir.
Azyaşlı uşaqların tez-tez xəstələnməsi valideynlərin çox böyük narahatlıqlarına səbəb olur. İlk aylarda ana südü ilə qidalanan uşaqlarda təbii immunitetin olmasına bağlı bir qoruyuculuq olur. Adətən 1 yaşdan sonra uşaqlarda "boğaz gəlmə", öskürmə, qrip, ishal, qusma, qulaq ağrısı, sinusitlə bağlı xəstələnmə hallarının sayı artır. Bu xəstələnmə halları bağça və erkən məktəb yaşlarında pik həddə çatır. Bağçaya gedən və məktəbə başlayan uşaqlarda il boyu burun axma, öskürmə, boğaz ağrısı, asqırma və s. şikayətlər davam edir. Bu durumun tək bir açıqlaması vardır.
Erkən yaşlı uşaqlarda immun sistemin yetkinsizliyi
Uşaq orqanizmi mikroblarla yeni tanış olduqda orqanizm bu mikrobla mübarizə aparmaq üçün "xəstələnir" və hər xəstələnmə vaxtında müəyyən qədər immun antitellər qazanmış olur. Beləliklə, tez-tez xəstələnən uşaqların irəli yaşlarda immuniteti daha güclü olur. Odur ki, əziz valideynlər, övladınızın tez-tez xəstələnməsi onun gələcəkdə daha sağlam və dirəncli olacağından xəbər verir. Lakin uşaqlarda təbii immunitetin formalaşmasına bir sıra maneçiliklər törətmək olmaz. Məsələn:
- Qızdırmanı tez düşürmək
- Soyuqdan qorxub uşaqları il boyu "qəfəsdə" tutmaq
- "İstəmir", - deyə uşaqları bol-bol meyvə və tərəvəzlərdən məhrum qoymaq (Tərəvəz və meyvə dadlarına uşaqları səbrlə alışdırmaq lazımdır. Qəbulumda olan uşaqların 90 faizinin yediyi tərəvəz kartof, meyvə isə banandır)
- Virus infeksiyaları zamanı antibiotiklər qəbul etmək
- Uşaqların yaşına uyğun rutin müayinələrdən keçirməmək (bilinməyən bəzi xroniki xəstəliklər - raxit, anemiya, sidik yolu infeksiyası zamanı immunitet aşağı olur)
- Uşaqların qeyri-düzgün həyat tərzi, yuxu rejimi, qida rejimi immunitetin formalaşmasına mənfi təsir edən faktorlardır
Sağlam düşüncəli valideyn sağlam övlad böyüdər. Hər birinizin maariflənərək sağlam düşüncəyə malik olması və övladlarımızın sağlam olması diləyi ilə.
Xəbəri paylaş
7398 dəfə oxunub.
Digər xəbərlər

25-10-2015, 17:59
Elza Seyidcahana Aşura günü məsciddə şok yaşatdılar
13-12-2015, 10:35
Azərbaycanlı pokerdə 250 min avro uddu VIDEO
15-01-2022, 21:38
AZƏRİQAZ Şefi Ruslan Əliyevi yalnız QURUMUN QAZANCI DÜŞÜNDÜRÜR?
18-05-2018, 09:59
“Yaxınlıqda kimsə olsaydı, 1 saata xilas ola bilərdilər” - Peşəkar dağçı alpinistlərlə bağlı danışdı
10-10-2016, 23:37
Cavid Qurbanov ağır durumda olan kəlbacərli məcburi köckünün müalicəsinə köməklik göstərdi
28-03-2015, 15:55
"Nusra Cəbhəsi" terrorçuları jurnalisti girov götürdü
7-05-2018, 11:49
Ev almaq istəyənlərin NƏZƏRİNƏ-Mənzillərin satışı başladı
28-03-2017, 21:14
"Ailəm dedi ki, sənin pulun bizə lazım deyil" - Üzeyir Mehdizadə - VİDEO