Azərbaycanlı deputatın erməni ilə "səmimi" - Fotosu
Tarix: 05-10-2016 | Saat: 18:01
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Sosial şəbəkələrdə Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanovun erməni deputatla fotosu yayılıb.
Teleqraf.com xəbər verir ki, Feysbukda yayılan fotoda hər iki deputatın əl tutduğu və bir-birilə danışdığı görünür.
Bəzi sosial şəbəkə istifadəçiləri fotonun altından müxtəlif tənqidi fikirlər yazıb, bəziləri isə Azər Süleymanovun müdafiəsinə qalxıb.
Foto haqqında sayta danışan Azər Süleymanov deyib ki, hazırda Gürcüstanda seçki kampaniyası gedir və bunu edənlər əslində ona qarşı kampaniyası aparanlardır: “Əvvəla, bu foto bir neçə il əvvəl çəkilib. Fotodakı digər şəxs Samvel Petrosyandır. O da Gürcüstan parlamentinin deputatı olub. Şəkil çəkilən vaxt müzakirə gedirdi və mən açıq bəyan edirdim ki, Dağlıq Qarabağ Azərbaycanındır və gec-tez Azərbaycanın da olacaq.
Diqqət etsəniz görərsiniz ki, orada biz mərcə giririk, bir gürcü deputatda bizim mərcimizi kəsir. O vaxt bu fotonu sosial şəbəkələrə özümüz qoymuşduq. Burada gizli bir məqam yoxdur. Hesab edirəm ki, mənim Dağlıq Qarabağla bağlı mövqeyim Azərbaycan ictimaiyyəti üçün son dərəcə aydındır.
Samvel Petrosiyan mənimlə bərabər parlamentin deputatıdır. Orada başqa məsələ ola bilməz.
Xarici platformalarda Azərbaycan deputatları da erməni deputatlarla salamlaşır və müzakirələr zamanı sözlərini deyirlər. Bizim vətənə sədaqətimiz müzakirə mövzusu ola bilməz”.
Deputat qeyd edib ki, bu fotonu Kamran Məmmədov adlı şəxs sosial şəbəkələrdə yayır:
“Bu şəxs Nino Burcanadzenin partiyasının üzvüdür. Özü də 6-7 il bizim yanımızda olub. Sonra şübhəli şəxs olduğu ortaya çıxdı, yanımızdan qovduq. Bu adam nəinki mənim parlamentdə Xocalı soyqrımı, Qarabağ haqda qaldırdığım məsələləri, eləcə də digər problemlərlə bağlı çıxışlarımı gülünc vəziyyətə qoymağa çalışır.
Mən onun haqqında əlavə bir şey danışmaq istəmirəm. Təəssüf ki, belə şəxslər də var...”
Xəbəri paylaş
6868 dəfə oxunub.
Digər xəbərlər

27-04-2022, 10:02
70 yaşlı kişi keçmiş kürəkənini niyə öldürüb? - TƏFƏRRÜAT
18-02-2023, 14:02
Mina Hüseyn Ümrəyə getdi - Fotolar
20-12-2016, 02:11
Ərdoğan: “Bu, açıq-aşkar təxribatdır”
3-03-2023, 16:33
Hacı Şahin anadangəlmə ürək xəstəsi idi - Əməliyyat olunmuşdu
3-06-2016, 15:59
"Xəzər"də bu verilişin yayımı dayandı
19-06-2015, 19:59
Mini geyinən qadınlar bu həqiqəti bilmirdi
29-09-2019, 16:16
Səfər Mehdiyevin qaynı Zeynal Tarquluyevə milyonluq hədiyyəsi - İLGİNC
10-03-2023, 09:00
11-ci sinif şagirdi intihara cəhd etdi - Onlayn oyunda 800 manat uduzub
24-12-2016, 01:57
Goranboyda şəhid ailəsinin evini yardılar - FOTO