Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Evləndiyi gündən işgəncələrə məruz qalıb - Dəhşətli ailə dramı - VİDEO
Tarix: 04-10-2016 | Saat: 22:41
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV / Reportaj | çapa göndər

Evləndiyi gündən işgəncələrə məruz qalıb - Dəhşətli ailə dramı - VİDEO
Həyat yoldaşı tərəfindən döyülüb, təhqir edilib. Evləndiyi gündən bəri işgəncələrə məruz qalıb.

Sumqayıt sakini olan 34 yaşlı Münəvvər Abbasova 12 il əvvəl özündən 3 yaş böyük olan Ümid Hacıyevlə qaçaraq ailə həyatı qurub. Elə bütün əzabları da həmin gündən sonra başlayıb. Sürücü işləyən həyat yoldaşı hər gün evə gəldikdə Münəvvəri döyüb, müxtəlif cür işgəncələr verib.
"Xəbəraz.az " xezerxeber.com-a istinadən bildirir ki, onlar bu illər ərzində qeyri-rəsmi nigahda yaşayıblar və 4 azyaşlı övladları var. Bütün işgəncələr uşaqların gözü qarşısında baş verib.Qadın dəfələrlə polisə müraciət etsə də, həyat yoldaşı cərimələri ödəməklə canını qurtara bilib. Sentyabr ayının 12-də isə gecə siqaret almaq adı ilə Münəvvəri də özü ilə küçəyə çıxaran Ümid Hacıyev qadının sim kartını öz mobil telefonuna taxıb. Sonra isə Münəvvərin iş yoldaşlarına sevgi mesajları göndərib. Bəziləri mesaja cavab yazdıqda isə bəhanə "Niyə cavab yazdılar" deyərək onu maşında döyüb. Sonra isə evə gətirib və işgəncə verərək başını qırxıb.

Sonrakı gün də, eyni işgəncələrə məruz qalan qadın qaçmağa macal tapıb və xəstəxanaya gedib. 4 gün reanimasiyada, sonra isə palatada yatıb. Xəstəxanadan məcburən evə aparan Ümid Münəvvəri spirtli içki içməyə məcbur edib. Qadın da qaçaraq Sumqayıt polisinə müraciət edib.

Polis əməkdaşları onu bölməyə aparıblar, özünə gəldikdə isə paytaxtdakı sığınacaqlardan birinə göndəriblər. Həyat yoldaşını tapa bilməyən ata geri qayıdaraq bənzər işgəncələri övladlarına qarşı törədib. Övladlarının da 3-ü ötən gün sığınacağa, analarının yanına gətirilib. Birinin də yaxın günlərdə gətirilməsi nəzərdə tutulub. Həyat yoldaşı da saxlanılıb və barəsində cinayət işi başladılıb.



Xəbəri paylaş

6858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___