Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda toy karvanında bu da oldu - VİDEO
Tarix: 04-10-2016 | Saat: 22:26
Bölmə:Karusel / Maraqlı / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Bakıda toy karvanında bu da oldu - VİDEO
Toy karvanlarında təhlükəli manevrlər edən sürücülərlə bağlı dəfələrlə süjetlər təqdim etmişik. Sosial şəbəkələrdə növbəti belə qayda pozuntusunun kadrları yayılıb. Sürücü avtomobili arxaya doğru idarə edərək digər hərəkət iştirakçıları üçün təhlükə yaradır.

Belə ki, bütün avtomobillər düz, ağ rəngli maşın isə eyni istiqamətdə, amma tərsinə sürülür.

"Xəbəraz.az " xezerxeber.com-a istinadən bildirir ki, sosial şəbəkələrdə yayılan bu görüntü toy karvanında lentə alınıb. Hadisənin Təhsil Nazirliyi tərəfdən Heydər Əliyev prospektinə çıxan körpüdə baş verdiyi bildirilir.

Sürücü avtomobilini bir neçə dəqiqə arxa-arxaya sürməklə idarə edib.

Dəfələrlə deyilməsinə baxmayaraq, toy karvanında hərəkət edən avtomobillər qaydaları kobud şəkildə pozurlar.

Bu qayda pozuntusuna görə sürücüyə 3 bal və 60 manat cərimə tətbiq edilə bilər. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov qeyd edib ki, xüsusilə toy karvanında hərəkət edən sürücülər düşünməlidirlər ki, belə təhlükəli manevrlər yaxınlarının şad gününü yasa çevirə bilər.



Xəbəri paylaş

1 0208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___