Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
AZAL-dan yeni sürpriz
Tarix: 16-03-2015 | Saat: 15:55
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Azərbaycan Hava Yolları (AZAL) və Türk Hava Yolları şirkətləri öz aralarında kod-şerinq müqaviləsi imzalanıb.

xeberaz-ın məlumatına görə, Türkiyə ilə Azərbaycan arasında gerçəkləşdirilən marşrutları əhatə edən müqavilə martın 29-dan keçərli olacaq.

Saziş çərçivəsində Türk Hava Yolları şirkəti öz marketinq kodunu AZAL tərəfindən gerçəkləşdirən Bakı - İstanbul Atatürk, Bakı - İstanbul Sabiha Gökçen, Bakı - Ankara reyslərinə yerləşdirə biləcək. Həmçinin AZAL öz marketinq kodunu Turk Hava Yolları şirkəti tərəfindən gerçəkləşdirilən İstanbul - Bakı, İstanbul - Naxçıvan və İstanbul - Gəncə reyslərinə yerləşdirə biləcək.

"Türk Hava Yolları ilə yeni kod şerinq əməkdaşlığı qardaş ölkə ilə əməkdaşlığımızın inkişafında yeni mərhələdir" deyən AZAL vitse-prezidenti Arif Məmmədov vurğulayıb: "Bu, bizə regionda yeni müştərilər cəlb etməyə imkan verəcək". Türkiyə Hava Yolları şirkətinin investisiya və texnologiya direktoru Ahmet Bolat isə deyib: "Kod-şerinq müqaviləsi bizim müştərilər üçün yeni imkanlar yaradacaq".

Kod şerinq sazişi aviareysin iki və artıq avia şirkət tərəfindən birgə ticarəi istismarı barədə sazişdir. Bu şirkətlərdən biri operator olur - reysi həyata keçirir və öz adından bilet satır. Digər şirkətlər isə sadəcə öz adlarından reysə bilet satırlar. AZAL-dan yeni sürpriz


Xəbəri paylaş

8928 dəfə oxunub.

Digər xəbərlər
23-07-2016, 00:39 Ağdamsız 23 il

bütün xəbərlər
____ Instagram ___