Bakıda klinikada faciə - uşaq əməliyyat stolunda ölüb - VİDEO
Tarix: 03-10-2016 | Saat: 22:50
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
9 ay əvvəl 6 yaşlı oğlunu əlindən tutub "Briz-L" klinikasına əməliyyat üçün aparan Firuz İbrahimov indi ah-nalə çəkir.
2016-cı ilin yanvar ayının 19-da 6 yaşlı Yusif İbrahimov əməliyyat olunması üçün Bakının Nərimanov rayonunda yerləşən "Briz- L" klinikasına gətirilib. "Hər iki gözün daxili düz əzələsinin 5 mm resessiyası" diaqnozu əsasında əməliyyat olunan uşaq, elə əməliyyat əsnasında dünyasını dəyişib. "Briz- L" klinikasının rəhbərliyi öz nüfuzunu qorumaq üçün uşağın öldüyünü saatlarla ailəsindən gizlədib.
İbrahimovlar ailəsi, axşam saat 6-da əməliyyat masasına uzanan oğullarının gecə saat 3-də meyitini görüblər.
Məlum olub ki, Yusif İbrahimovun əməliyyatında cərrah-oftolmoloq Azər Kərimov və anestezioloq Elnur Abbasov iştirak ediblər. Ata Firuz İbrahimovun sözlərinə görə, həkimlər onlara uşağa həddindən artıq narkoz verdiklərini etiraf ediblər.
"Briz-L" xəstəxanası ilə əlaqə saxladıqda məlum oldu ki, artıq həmin həkimlər burada işləmirlər.
Maraqlıdır, hadisə baş verdiyi gündən bunun həkim səhlənkarlığı olmadığını iddia edən xəstəxana rəhbərliyi görəsən bu həkimlərin hər ikisini niyə işdən çıxarıb? Yoxsa həkimləri işdən uzaqlaşdırmaqla öz nüfuzunu qoruyacağını düşünür? Bu həkimlərin fəaliyyətlərini başqa bir xəstəxanada davam etdirmələri digər Yusiflərin həyatı üçün də təhlükə demək deyilmi? Bir xəstəxanaın nüfuzu bütün uşaqların həyatından dahamı dəyərlidir ?
Bu arada Yusifin ailəsi onun nəşini ekspertizaya göndərməkdən imtina edib. Görünür "Briz-L" xəstəxanasının rəhbərliyi maddi yardım baxımından müxtəlif vədlər verərək onun ailəsini nəyəsə inandırmağı bacarıb. Firuz İbrahimovun sözlərinə görə, xəstəxana indi uşağın baş daşı üçün çəkilən xərci ödəməkdən bələ imtina edir.
Mütəxəssislər qanuna görə, belə hadisələr zamanı ailənin rəyinin əsas götürülmədiyini, meyitin tibbi ekspertizadan keçirilməsinin zəruri olduğunu deyirlər. Buna baxmayaraq, ailənin müraciəti əsasında işin yenidən araşdırıla biləcəyini deyirlər.
Məhkəmə qərarı əsasında həkimlər məsuliyyətə cəlb oluna, xəstəxanaya qarşı isə küllü miqdarda təzminat davası açıla bilər.
"Xəbəraz.az " "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Xəbəri paylaş
7228 dəfə oxunub.
Digər xəbərlər

19-05-2015, 13:09
“Bu dəfə doğrudan da vəfat edib”(FOTO)
8-02-2018, 12:15
Türkiyə, İran və Rusiya prezidentləri İstanbulda görüşəcəklər
22-01-2019, 13:37
Əllərinizin içi qırmızıdırsa... Sizdə bu xəstəliklər ola bilər!
14-07-2021, 11:49
“Hayan” MMC vətəndaşlara necə KƏLƏK GƏLİB... - NARAZILIQ!
4-08-2021, 11:25
Bu ölkədə açıq havada maska taxmaq məcburi olacaq
23-05-2019, 22:00
Müğənni elə şəkil çəkdirdiki gözlər ora dikildi-FOTO
26-01-2017, 15:32
Depressiyaya düşmək istəmirsinizsə, bu qidaları yeyin
8-12-2020, 12:29
"Ermənistan hakimiyyəti bizi aldadır" - itkin ailələri
16-03-2017, 17:13
Unitazda oturan azərbaycanlı aparıcı - Türkiyə mətbuatında
25-11-2021, 11:08
Bakıda evinə gizli kamera yerləşdirən M.Abasov nələri gördü... - QONŞUNUN QIZI... - FOTO