Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
DİN hərəkətə keçdi: mühafizəçini döydürən xanımın əri...
Tarix: 03-10-2016 | Saat: 14:22
Bölmə:Karusel / Hadisə | çapa göndər

DİN hərəkətə keçdi: mühafizəçini döydürən xanımın əri...


Bakıda mühafizəçini ölümcül döydürən "003" nömrə nişanlı "Renc Rover" avtomobilinin xanım sürücüsü ilə bağlı yeni faktlar ortaya çıxıb.

Bir neçə gün əvvəl Səbail rayonu ərazisində, Abşeron mehmanxanasının yaxınlığında yerləşən yaşayış kompleksinin mühafizəçisi bir qızın şikayəti ilə ölümcül hala salınması barədə xəbər vermişdi.

"Xəbəraz.az " kriminal.az-a istinadən xəbər verir ki, məlumata görə, cavan xanım sürücü idarə etdiyi "-- -- 003" dövlət qeydiyyat nişanlı son model "Renc Rover" markalı avtomobili yer olmadığından yaşayış kompleksinin həyətində saxlamaq istəyib. Lakin binanın mühafizəçisi ona icəzə verməyib. Həmin xanım kiməsə zəng edərək mühafizəçidən şikayətlənib. Az sonra "AA" dövlət nömrə seriyalı qara rəngdə "Mersedes" markalı avtomobillə iki nəfər həmin yerə gəlib. Onlar mühafizəçini huşunu itirənədək döyüb, sonra isə maşına əyləşərək ərazini tərk ediblər. Yerdə qan içərisində olan mühafizəçi təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Məlumat yayımlanandan sonra məsələ Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Məlum olub ki, mühafizəçini döyən şəxs elə sifarişi verən qadının əridir.

Qadının əri hadisədən sonra həbs olunub.


Xəbəri paylaş

5998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___