Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda ayının parçaladığı kişinin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB
Tarix: 03-10-2016 | Saat: 13:45
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Azərbaycanda ayının parçaladığı kişinin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB

Şəkidə ayının hücumuna məruz qalan kişinin görüntüləri yayılıb.

Qeyd edək ki, zərərçəkən alının hər iki yuxarı ətrafın dişlənmiş və cırılmış yarası xəsarəti ilə Şəki rayon mərkəzi xəstəxanasına daxil olub.

***

2 oktyabr

43 yaşlı kişiyə ayı hücum edib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 16 radələrində rayonun Baş Şabalıd kənd sakini, 1973-cü il təvəllüdlü Şahin Mahir oğlu Qədimov alının qaşüstü nahiyəsinin və hər iki yuxarı ətrafın dişlənmiş və cırılmış yarası xəsarəti ilə xəstəxanaya daxil olub.

Müayinə zamanı məlum olub ki, 43 yaşlı Şahin Qədimov bu gün səhər saatlarında yaşadığı evin yaxınlığındakı dağlıq meşəlik ərazidə ailəsinə məxsus şabalıd sahəsinə şabalıdın yetişib-yetişmədiyini dəqiqləşdirmək üçün gedib. Bu zaman ərazidəki kolların arasında gizlənən ayı qəfildən Şahin Qədimova hücum edərək ona xəsarət yetirib. Daha sonra ayı ərazidən qaçıb.

Şahin Qədimova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə qarşı peyvənd edilib. Şahin Qədimovun müalicəsinin xəstəxananın cərrahiyə şöbəsində aparıldığı bildirilir


Azərbaycanda ayının parçaladığı kişinin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB
Azərbaycanda ayının parçaladığı kişinin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB
Azərbaycanda ayının parçaladığı kişinin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB
Azərbaycanda ayının parçaladığı kişinin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB


Xəbəri paylaş

6488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___