Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sabah hava necə olacaq?
Tarix: 02-10-2016 | Saat: 12:41
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Sabah hava necə olacaq?
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 13-15° isti, gündüz 19-22°, Bakıda gecə 13-15° isti, gündüz 20-22° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 3-də hava şəraiti əsasən yağmursuz, gecə və səhər bəzi rayonlarda duman, şərq rayonlarında çiskinli olacaq. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-9° isti, gündüz 11-16° isti olacağı gözlənilir.


Xəbəri paylaş

7558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___