Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda bələdiyyə sədri AĞIR QƏZA törətdi: 1 ölü, 1 yaralı - YENİLƏNİB
Tarix: 01-10-2016 | Saat: 12:25
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Azərbaycanda bələdiyyə sədri AĞIR QƏZA törətdi: 1 ölü, 1 yaralı - YENİLƏNİB


"Xəbəraz.az "-ın Kəpəz TV-yə istinadən məlumatına görə, qəza zamanı "Mercedes" markalı minik avtomobilin sürücüsü Oqtay Hüseynov idarəetməni itirib, maşın çevrilərək yol kənarına aşıb və yanmağa başlayıb. Bildirilir ki, qəzaya düşən maşının sürücüsü Oqtay Hüseynov Qazax bələdiyyəsinin sədri, həlak olan sərnişin Elşad Axundov isə Qazax Evlər İdarəsinin rəisidir.

**



05:38
Qazaxda ölümlə nəticələnən yol qəzası baş verib.

"Xəbəraz.az "-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonu, Çaylı kəndi ərazisində "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Yanğın nəticəsində avtomobilin mühərrikinin və idarəetmə lövhəsinin yanar hissələri yanıb.

Qəza zamanı avtomobilin sahibi müxtəlif bədən xəsarətləri almış, sərnişin 1974-cü il təvəllüdlü Axundov Elşad Şahvələd oğlu isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Meyit və yaralı yanğınsöndürən-xilasedicilər tərəfindən aidiyyatı üzrə təhvil veriliblər.
Qazax rayonu, Çaylı kəndi ərazisində ağır yol qəzası baş verib.

"Xəbəraz.az "-ın Kəpəz TV-yə istinadən məlumatına görə, qəza zamanı "Mercedes" markalı minik avtomobilin sürücüsü Oqtay Hüseynov idarəetməni itirib, maşın çevrilərək yol kənarına aşıb və yanmağa başlayıb.


Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Alov söndürülüb. Yanğın nəticəsində avtomobilin mühərrikinin və idarəetmə lövhəsinin yanar hissələri yararsız hala düşüb. Müxtəlif bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisə zamanı maşında olan sərnişin 42 yaşlı Elşad Axundov isə aldığı ağır bədən xəsarətlərindən ordaca dünyasını dəyişib.

Polis faktla bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, Oqtay Hüseynov Qazax bələdiyyəsinin sədri, Elşad Axundov isə Qazax Evlər İdarəsinin rəisidir.


Xəbəri paylaş

7718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___