Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Toydan qayıdan ailə “sürpriz”lə qarşılaşdı VİDEO
Tarix: 30-09-2016 | Saat: 09:27
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Toydan qayıdan ailə “sürpriz”lə qarşılaşdı VİDEO

Toydan qayıdan ailə “sürpriz”lə qarşılaşdı
Gəncədə maskalılar bir şirkətə hücum ediblər. Gözətçini döyərək külli miqdarda pul aparıblar. Cəlilabadda isə ailə üzvlərinin toyda olmasından istifadə edən nəməlum şəxslər 5500 manat pul və qızıl zinət əşylarını oğurlayıblar.
Maskalılar şirkətə hücum edib. 70 min manatdan çox pul aparıblar..
Hadisə Gəncədə Üzeyir hacıbəyov küçəsində yerləşən xarici şirkət nümayəndəliyində baş verib. Maskalı bir neçə nəfər şirkətin gözətçisini döyərək oradan içində pul olan seyfi aparıblar. Şirkətin seyfində təxminən 70 min manatdan çox pul olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Cəlilabadda isə evdən xeyli miqdarda pul və qızıl zinət əşyaları oğurlanıb. Hadisə Seyidbazar kəndində Namiq İsmayılova məxsus evdə olub. Axşam saatlarında ev sakinlərinin toyda olmasından istifadə edən nəməlum şəxslər pəncərəni sındırıb içəri girib, 5500 manat pul və qızıl zinət əşylarını oğurlayıblar.
Zərərçəkənin sözlərinə görə həyətdəki ayaq izlərindən oğruların iki nəfər olduğu məlum olub. Hadisə ilə bağlı rayon polis şövbəsinə məlumat verilib. Cinayəti törədənlərin taplması istiqamətində araşdırmalar davam etdirilir.



Xəbəri paylaş

8678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___