Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qara daşın həqiqətləri
Tarix: 21-05-2015 | Saat: 21:46
Bölmə:Karusel / M2 / İbadət | çapa göndər

Qara daşın həqiqətləri

Xəbəraz.az təqdim edir
Qara daşın yerinə qoyulmasına görə qüreyşlilər arasında yaranan ixtilaf və bununla bağlı barmaqların qana batırılması
İbn İshaq bildirir: “Qüreyşdən olan tayfalar Kəbənin tikilməsi üçün daş toplamağa başladılar. Hər tayfa ayrı-ayrılıqda çalışırdı. [Lazım olan qədər] daş yığdıqdan sonra Kəbəni tikib başa çatdırdılar. Növbə qara daşa çatanda tayfalar mübahisə etməyə başladılar. Hər tayfa [bu] daşı özü, başqa tayfanın iştirakı olmadan yerinə qoymaq istəyirdi. Danışıqlar və müzakirələr fayda vermir, tayfalar arasında mübahisə gərginləşirdi; [sonra] mübahisə davaya çevrildi. Vəziyyət az qala müharibə həddinə çatacaqdı. Əbdüddar tayfasından olanlar qanla dolu bir qab gətirdilər; Əbdüddar və Ədiyy bin Kəb bin Lüeyy tayfaları əllərini [həmin] qaba salıb qana batırır, sonra barmaqlarının qanını yalayırdılar. [Bu hərəkətlə] onlar ölənə qədər birlikdə vuruşacaqlarına and içirdilər. [Bu səbəbdən də onlara “qan yalayanlar” dedilər]. Dörd-beş gün bu hal davam etdi. Sonra məscidə toplaşaraq [məsələni] müzakirə etməyə, bir-birlərini insaflı davranmağa çağırdılar”.

Əbu Ümeyyənin Kəbəyə ilk daxil olanın hakim seçilməsini təklif etməsi. Kəbəyə ilk daxil olanın Allahın Elçisinin (s) olması

Rəvayətçilərdən bəzilərinin dediyinə görə, bu zaman qüreyşlilər arasında yaşca ən böyük olan Əbu Ümeyyə bin əl-Müğirə dedi: “Ey Qüreyş qəbiləsi! Gəlin bu mübahisənin həllini bu məscidin qapısından içəri ilk daxil olacaq şəxsin mühakiməsinə buraxaq!” Qüreyşlilər onun dediyi kimi də etdilər.Məscidə birinci Allahın Elçisi(s) daxil oldu. Məsciddəkilər onu görən kimi dedilər: “Bu ən düz danışandır. Biz razıyıq!”

Onlar mübahisə etdikləri məsələ haqqında Allahın Elçisinə(s) məlumat verdilər. Allahın Elçisi(s) dedi: “Mənə bir parça gətirin!” Parçanı gətirəndə qara daşı götürüb öz əllərilə onun ortasına qoydu və dedi: “İndi də qoy hər bir qəbilə başçısı parçanın bir ucundan tutsun, sonra hamı birlikdə parçanı qaldırsın”. Elə də etdilər. Daşı öz yerinə yaxınlaşdırdıqları zaman Allahın Elçisi(s) onu öz əllərilə divara yerləşdirib məhlulla bərkitdi.

Kəbənin üstünün parça ilə örtülməsi və bunu ilk dəfə edən şəxs haqqında

Allahın Elçisinin(s) zamanında Kəbə on səkkiz arşın hündürlüyündə idi. Kəbənin üstü əvvəl “qəbati” adlanan kətan parça ilə örtülmüşdü. Sonra “bərud” adlanan qalın parça ilə örtüldü. Kəbənin üstünü ilk dəfə “dibac” (xalis ipək parca-tərc) ilə örtən Həccac bin Yusif olmuşdur”.



İbn Hişamın Elmira Qafarovanın tərcüməsində çapa hazırlanan “Muhəmməd Peyğəmbər(s)in həyatı” kitabından


Xəbəri paylaş

7348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___