Ukraynada öldürülən azərbaycanlı tələbənin qardaşı: 'Qardaşımı vəhşicəsinə öldürüblər' - VİDEO
Tarix: 28-09-2016 | Saat: 19:10
Bölmə:Karusel / Gündəm / Hadisə / Xəbəraz TV | çapa göndər
"Çox mərifətli, qanacaqlı, ailəcanlı biri idi"
Öldürülən tələbənin qardaşı danışdı.
Dəhşətli qətlin yeni təfərrüatları üzə çıxdı.
Azərbaycanlı tələbə təhsil aldığı Ukraynada qətlə yetirilib. Hadisə sentyabrın 26-da Simferopol şəhərində qeydə alınıb.
ARB Şəki xəbər verir ki, Zaqatala rayon Yuxarı Tala kənd sakini 1994-cü il təvəllüdlü 22 yaşlı Məhəmməd Amil oğlu Səfərəliyev naməlum şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Ukraynada ali təhsil alan Məhəmməd Səfərəliyevin öldürülməsi ilə bağlı yeni məlumatlar da üzə çıxıb.
Mərhumun qardaşı Ramin Səfərəliyev bildirib ki, hadisə iki nəfər şəxs tərəfindən törədilib: "Qardaşımı vəhşicəsinə qətlə yetiriblər. Səbəbi bilinmir. İnşallah, cinayətin üstü açılacaq. Qardaşım çox mərifətli, qanacaqlı, ailəcanlı biri idi".
Qətli törədən şəxslərdən biri saxlanılıb, digərinin tapılaraq,istintaqa təhvil verilməsi istiqamətində hüquq mühafizə orqanları tərəfindən axtarış əməliyyat tədbirləri həyata keçirilir. Qətlin səbəbi isə hələlik məlum deyil. Yaxınları mərhumun olduqca sakit, tərbiyəli və təhsilə, elmə həvəsli bir gənc olduğunu bildiriblər. Mərhumun meyitinin sabah Azərbaycana gətirilməsi nəzərdə tutulur.
Xəbəri paylaş
7588 dəfə oxunub.
Digər xəbərlər

8-07-2017, 11:07
Messi ailəsi toydan artıq qalan qidaları görün nə etdi
30-07-2019, 22:28
Cazibədar futbolçu xanımın FOTOLARI
25-06-2017, 11:03
Cəhbədə növbəti erməni təxribatı: minaatanlardan 10 mərmi atıldı
28-09-2015, 02:11
120 ildir geyilən gəlinlik libası – Foto
26-04-2022, 13:19
Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyəti ləğv edilir
17-05-2018, 20:48
"Kimisə aparıb, kiminsə yanında.."- Toliklə Günel arasında QALMAQAL
27-10-2016, 21:01
Bakıda 8 bina təcili söküləcək
4-08-2023, 14:09
Yağış yağacaq, külək əsəcək - Hava proqnozu
14-11-2015, 15:05
"Fransada terror dalğası davam edəcək" - İŞİD-dən video-müraciət