Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
BOŞA KEÇƏN ÖMRÜM ÜÇÜN PEŞMANAM!!! Həyat Hekayəsi
Tarix: 23-04-2016 | Saat: 11:23
Bölmə:Karusel / Maraqlı / M2 / Müsahibə / Həftə-Reytinq | çapa göndər

BOŞA KEÇƏN ÖMRÜM ÜÇÜN PEŞMANAM!!! Həyat Hekayəsi

Məhəbbət – hələ də tam dəqiqliyi ilə açılmayan qapalı bir sirrdir. Əslində, dünya elə məhəbbət üzərində bərqərar olub. Dahi şair M.Füzuli “Eşqsız ey dünya nədir dəyərin?” söyləyərkən elə buna işarə etmişdir. Bəs niyə hər kəsin sevgiyə ehtiyacı olduğu təqdirdə, məhəbbətin sirrini hələ də açan olmayıb? Bu suala çətin ki cavab tapılar, çünki bu duyğunun İlahi bir duyğu olduğuna inanıram. Bu səbəbdəndir ki hər kəs, sevdiyi biri ilə ailə quraraq xoşbəxt olacağını düşünürlər, bəzən isə bu istəklər baş tutmur. Sevdiyi ilə evlənməyə kimsə və ya kimlərsə mane olmağa çalışır. Əsasən bu maneələr və təzyiqlər valideynlər tərəfindən qız uşaqlarına tətbiq olunur. Çox zaman isə bu hallar “uğurlu” olur. Övlad valideynlərinin sözündən çıxa bilmir və nəticədə öz bədbəxtçiliyə imza atır.
DAVAMI
Gözləri dolur danışmaqda çətinlik çəkirdi. Bir qədər ikimizdə susduq. Çay artıq soyumuşdu ikimizdə fərqində deyildik. Çayı təzələtdim. Və yanında şirniyyat da əlavə istədim.
Bir ananın övladının ailə qurma seçimində öz fikrini deməsi haqlı durumdur. Oğlanın “avara narkoman pis biri” olması halında qarşı çıxmağını anlayırdım, ama sırf kasıbdır deyə sevənləri ayırmaq mənim düşüncəmə görə böyük günah və səhv idi.

- Məni 18 yaş məndən böyük birinə verdi. Oğlanın 37 yaşı vardı mənim isə 19, heçnə deyə bilmədim. Anam məni əmin etdiki oğlan yaxşı yerdəndi xoşbəxt olacaqsan. musiqiçi idi və qazancı da yaxşı idi. Anamdı dedim, inandım, həqiqətən qızının xoşbəxt olma istədiyini düşünərək çarəsiz razı oldum. 1 ay sözlü qaldıq heç nişanda olmadı. 1 göz qırpımında baş verdi hər şey. Tez bir zamanda toy oldu. Toyum günü elə bir hadisə oldu ki dünyam dağıldı. Şadlıq evində gəlin maşınından düşərkən, qapıda insanların arasında Nicatı gördüm. Qara Bəylik kostyumu ilə qarşımda dayanmışdı. Ayaqlarım getmək istəmirdi. Həmin an elə durumda idim ki, bir Allah bilir. Nicat qaçaq desə qaçmağada hazır idim. Vağzalı sədaları altında zala daxil olarkən gözləri ilə sanki mənə “mən sözümü tutdum, sən gəlin paltarı geyinən günü məndə bəylik geyindim” deyirdi
- Axı niyə qarşı çıxmadın. Yaşayacağın həyat sənindi anan yox sən evlənirsən. Bəlkədə öz fikrini desəydin....
ikimizdə susduq. Çay gəldi və yanında şirniyyat da gətirdi. Çay içək sonra davam edərəm dedi. Biraz susduq. Səssizliyi onun sualı pozdu.
-Evlisənmi
-Nişanlıyam
-Allah xoşbəxt eləsin.
-Sağol
Biq qədər səssizlik...
- Əgər ailədə xoşbəxtlik görmək istəyirsənsə sadəcə yoldaşına qayğı göstər onu heçnə ilə təmin edə bilməsəndə maddi imkanın olmasa da sadəcə ona qayğı göstər. Deyirlərki qadınlar nə istər adlı kitablar yazılır, poemalar oxunur, hətta bunu zarafata belə qoyurlar ama heçnə yox kiçik bir qayğı və ona dəyərli olduğunu hiss etdir, o səni yetərincə xoşbəxt edəcək.
Bir qədər faislədən sonra davam etməkçün hazır olduğunu bildirdi diktafonu yenidən işə saldım
- Toyum oldu ilk bədbəxtçiliyim ilk gecədən gəldi....(biraz susdu sanki nədənsə utanırdı)
- Rahat olun fikrini çəkinmədən izah elə.
- Çox üzr istəyirəm bilmirəm necə deyim.... həmin gecə heçnə olmadı. Ilk gecənin həyəcanıdır dedim təsəlli verdim yatdıq. Sabahı gün mənə özündə olan qüsur haqqında danışdı və tapşırdı ki olanlar haqqında kiməsə nəsə söz deməyim. Həmin günü həkimə getdi bir neçə iynə dərman sayəsində “istəyinə” nail oldu. Bütün dünyam xoşbəxtliyim hər şeyim dağılmışdı sanki. Yenə də özümə təsəlli verirdim “Xoşbəxtlik yataqla ölçülmür” düşündüm və yoldaşımda müsbət xarakterlər axtarmağa başladım ama bu “axtarışım da” əbəs çıxdı. Yoldaşım ilk günlərdən kobud idi, hər xırda işə görə evdə söz söhbət olurdu. Adamı yandıran da o idi ki, Qaynanam da baldızımda məni “gözümçıxdıya” salırdı. Sanki o evə gəlin yox qul, nökər gəlmişdim. Evliliyimdən 6 ay keçdi evdə artıq özümü yoxmuş kimi hiss edirdim.
-Bəs bu olanlar haqqında anan bilmirdimi?
-Necə deyim ki? Nə zamanki anam bizə qonaq gəlirdi onda mənə çox yaxşı davranırdılar nə desəmdə anam inanmazdı.
Sadəcə susmuşdum. Artıq anasını qınayırdım mən. Onun simasında övladına bucür rəftar edən bütün anaları, ataları qınayırdım. Övladını xoşbəxt etdiyini düşünərkən əksinin olduğunu düşünmürlər, bu isə çox ağır fəsadlar verir. Axı Allahda sevməz 2 sevəni ayıranı. Sevincə nə deyəcəyimi bilmirdim, necə təsəlli verim bilmirdim. Sevincin “dinləyirsiniz”? Sualına diksindim düşüncələrdən ayrıldım.
Gülümsəmə ilə “eşidirəm” deyə dedim və davam etməsini xahiş etdim.
- Gecələr əsəbimdən ağlayırdım. Yoldaşım heç çönüb demirdi ki, nə olub nə məsələdir. Ayda ildə 1 dəfə mənimlə yaxınlıq edirdi, oda ki iynə dərman ilə. Artıq diksinmişdim yoldaşımdan. Sadəcə O İşdə olanda xoşbəxt hiss edirdim özümü. Birdə toylara gedəndə sevinirdim. O gəlməmiş yatırdım ki üzünü görməyim.
Bir gün baldızımın rəfiqələri ilə söhbəti zamanı “feyzbuk” adlı bişey eşitdim. Ağız dolusu danışırdı, səhv etmirəmsə bir növ mesajlarşma və maraqlı məlumatların olduğu yer idi. Sözün açığı həmin vaxta qədər internet dünyasından tam uzaq idim. Ama hiss etdim ki yaxşı yerdi. Rəfiqəmdən oranın nə olduğunu soruşanda “sən hələdə orda yoxsan? Az, ora girmiyən yoxdue, olduqca maraqlı yerdi, vaxt necə gəlir gedir bilmirsən. Əsl sənin yerindi, istəsən sənidə ora qeyd edərəm” dedi. Mənə bu “feyzbuk” göydən düşmə kimi gəlmişdi. Evdə həm darıxır həmdə dərdimi unutduran vasitə axtarırdım. Dərhal ora qeyd oldum. Biraz mənəvi rahatlıq taparam bəhanəsi ilə. Kaş girməz olardım. İlk öncələr məqsədim başımı qatmaq idisə bir müddət sonra bir oğlanla “dost” kimi danışmağa başladım. Bir müddət danışdıq dərdimi dinləyirdi, bir çox tövsiyyələr verirdi, məni başa düşürdü. Mənim xoşbəxt olmadığımı bilirdi. Bir neçə müddət danışdım. Məndən nömərmi də götürmüşdü ərimin işə getdiyi vaxtları bilirdi. Ərim işə gedən kimi Facebooka girir, oğlanla saatlarla yazışır, bəzən isə telefonla danışırdım. Öz otağımda idim deyə evdən heçkim şübhələnmirdi. Onsuzda evdəkilərə o lazım idi, evin işini görüm və gözlərinə görünməyim. Oğlan Çox yaxşı davranırdı mənə. Mən olduğumu hiss etdim o zamanlar. Sən demə zəyif olduğum andan istifadə edirdmiş. Məni sevdiyini dedi. Düzü bunu gözləyirdim, heç kim tanımadığı birinə həddindən artıq yaxşı olmaqçün sevməli imiş. məndə bağlanmışdım ona ama ərimin olduğunu israrla bildirirdim. O isə o “kişi deyil elə olsa idi indi ona aid olardın sənə dəyər verərnin yanında ol dəyərəni bilməyənə görə özünü həlak eləmə” deyirdi. Nəhayət Bir gün görüşməyə razılıq verdim. Evdən bir bəhanə ilə çıxdım və o oğlanla görüşdüm. Evinə apardı məni. Həmin günümə lənət edərək deyə bilərəm ki... (boğazı qəhərləndi sözlər ağzından çıxmaq istəmirdi gözləri doldu başını aşağı dikdi. (Mən isə hər şeyi anlamışdım)
Heçnə demədən bir qədər susdu. Və özündə cəsarət taparaq davam etdi
-Onunla bir yerdə oldum. O an duyğularım qarmaqarışıq idi. Bilmirdim ərimdənmi qisas alırdım yoxsa qadınlığımımı xatırlamışdım. Bilmirəm nə düşünüm nə edim. Yenədə özümə bəraət qazandırmağa çalışırdım ki, məndə insanam bəzi hislərim, duyğularım var. Həmin gündən sonra oğlanla bir neçə dəfə görüşdüm. Sonda isə acı həqiqətlə rastlaşdım. Oğlana zəng edəndə bu sözlər məni yıxdı sanki “artıq nişanlanıram məni narahat etmə. Bizim münasibətimiz ancaq yataq üçündü. Sən yoluna mən yoluma” özümü alçalmış kimi hiss edirdim. Hətta özümü öldürmək belə istəmişdim ama yenədə anama görə etmədim. Kiməsə görə anamı üzmək istəməzdim.
Bir qızın tanımadığı birinə bu qədər şeyləri anlatmağı gərçəkdən məni təəccübləndirmişdi. Ama onu “xəyanət” etdiyi üçün qınayırdım.
-Bax Sevinc mənim hər zaman bir sözüm vardır “Xəyanətin bəhanəsi yoxdur”. Sən nə qədər fəlakətli həyat yaşasanda xəyanət etməməliydin. Bağışla ama sənə bu barədə haqq qazandıra bilmərəm. Sadəcə bilirəm deyə bildi.

- Bir gün evdə baldızımla aramda dava olmuşdu pultu atmışdı mənə. Qaynananm da döydü məni. Axşam evə gələndə də baldızım ərimə şikayətlənmiş üstəlik ərimdə döymüşdü məni. Artıq dözə bilmirdim. Bir gün ərim evə çox içkili vəziyətdə gəldi və dalaşdıq məni döydü. Bütün sümüklərim qırılmışdı sanki. Evə anamın yanına qaçdım. Gecəni yatmadım, anamda yatmadı. Anam - ancaq əlləri qırılsın sənə vuran yerdə- deyə bəddua edirdi ona. Səhəri anama hər şeyi danışdım, hər şeyi, xəyanətdən başqa. Anama dedim ki qızını - məni -birdə ora göndərsən bilki məni ölümə göndərirsən. Getsəm özümü öldürəcəm. Anam gözlərimdəki israrlılığı gördü heçnə demədi. Harasa zəng etdi ki, mənə yük maşını lazımdı qızımın mebeli gələcək cehizi geri gəlir. Donub qalmışdım bu qədər asan olacağını bilmirdim. Ama sevinirdim cəhənnəm əzabından qurtardığım üçün.
- Bəs ayrılmağına ərin heçbir reaksiya göstərmədimi? Səssizcə ayrılmağına razı oldumu?
- Nə danışırsan? Anam deyir ki mebeli gətirmək üçün qapısına gedəndə mebel çoxdan evdən çıxmışdı həyətdə idi. Bizimkilər heç evədə girmədilər. Elə həyətdən bütün “veşi” maşına yükləyib gətirdilər.
Sonra peşmansanmı deyə soruşdum. – hə çox peşmanam boşa keçən günlərim üçün çox peşmanam. Anama qarşı çıxa bilmədiyim üçün peşmanam. Nicatla ayırdı ama özümdən 18 yaş böyüyə getməməkçün qarşı çıxa bilərdim. Sənə müsahibə verməyimin əsas səbəbi budur ki mənim vəziyətimdə olanlar sevgisi üçün ailəsinə etiraz etməsini bilsinlər ən azından sevgisi üçün mücadəllə etsinlər yoxsa nəticədə mənim kimi bədbəxt ola bilərlər və xahiş etdiki bunu mütləq yazıya qeyd edim.
-Bəs indi nə işlə məşğulsan? Gələcəyin haqqında planların nədir?
-Bilmirəm. Hələ ki biraz istirahət etmək istəyirəm. “Gələcəyimi” gələcək göstərər.
-Bəs Nicatdan xəbərin varmı? Onunla əlaqə saxlamısanmı? Boşandığını bilirmi?
-Eşitdiyimə görə Rasiyaya işləməyə gedib, inan ki nə edəcəyim haqqında heç bir fikrim yoxdur. Hələki “azadlığın” dadını çıxardıram!

Onun yaşadıqları həqiqətəndə asan qəbul edilə bilən hadisələr deyildi. Ona təsəlli verməliydim və yalnızca bu sözləri deyə bildim.
“Bax gördünmü hər şey geridə qaldı indi gələcəyə bax 2 ci həyat səni gözləyir sadəcə səhv etmə 2 ci səhvini təkrarlama”..
gülümsündü və alaylı tonla
-“Hə hər şey geridə qaldı sadəcə bir şeydən başqa....”
Təsəlli üçün tələsdiyimi etiraf etdim özümə.
Saatına baxdı artıq 3 saatdan çox olmuşdu və mən getməliyəm dedi çantasını yığdı və stoldan durdu. Bir neçə addımdan sonra arxasınca soruşdum o “bir şey” nədir? Geriyə döndü acı 1 gülümsəmə ilə

-“Hamiləyəm”
-kimdən?
-ərim deyil
- ....
Getdi.
Yerimdə donub qalmışdım bir neçə hekayələr oxumuşdum, təsir altına düşdüyümdə olmuşdu ama bu başqa idi. Sanki canlı-canlı yaşamışdım bunu. Qız arxasına belə baxmadan getdi bir neçə dəqiqə yerimdə hərəkətsiz qaldım sonra məndə yavaş hərəkətlərlə diktafonu söndürdüm. Kassaya ödəniş etdikdən sonra evin yolunu tutdum bu acı həyata lənət oxuya oxuya...

Son...
Elmir HÜseynli


Xəbəri paylaş

4 8448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___