Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ruzini necə artırmaq olar?
Tarix: 26-09-2016 | Saat: 21:47
Bölmə:Karusel / Maraqlı / İbadət | çapa göndər

 Ruzini necə artırmaq olar?



Ruzinin iki növü vardır: biri odur ki, həmin ruzinin sorağına biz gedirik və biri isə o ruzidir ki, bizim sorağımıza özü gəlir.

İmam Əli (ə) buyurur: “Talib ruzi (yəni, bizim sorağımıza gələn) o ruzidir ki, davamlı olaraq bizi təqib edər. Hətta əgər ondan qaçsaq belə, bizi buraxmaz. Necə ki, ölümün çəngəlindən xilas olmaq mümkün deyildir”.

Bu cür ruzinin kökündə İlahi qəza durar və onda heç bir dəyişiklik olmaz. Bu haqda Əllamə Təbatəbai buyurur: “Ruzi və ruziyeyən bir-birinə lazımlıdır. Mənası olmaz ki, ruzi yeyən axirət həyatı yolunda olar, ancaq onun üçün ruzi olmaz. Həmçinin mümkün deyildir ki, ruzi olsun və ruziyeyən olmasın. Ruzi İlahi qəzaya daxildir”.

Ancaq ruzinin o biri növü ki, biz onun sorağına gedirik – o ruzidir ki, onu istəyən üçün təqdir olmuşdur. Əgər həmin ruzini istəsək və onu əldə etməyin qaydalarına riayət etsək, belə bir ruzini əldə edə bilərik.

Əmirəl-möminin (ə) buyurur: “Təqdir olunmuş ruzini istəyin”. Ancaq bu ruzi elə bir ruzidir ki, onu istəsən və bu yolda səy göstərsən, əldə edə bilərsən. Əgər onu istəməsən və səy göstərməsən, sənin olması üçün zəmanət verilmir.
Ruzinin hər iki növü də insana Allah tərəfindən verilər. Onlardan biri heç bir şərt olmadan bəndəyə çatar, ancaq o birisi müəyyən şərtlər olarsa, bəndəyə verilər.

Bəs ruzimizi necə artıra edə bilərik?
1. İman və təqvaya malik olmaq. Malımızın bərəkətli olmasına təsir qoyan amillərdən biri – iman və təqvadır. Qurani-Kərim buyurur: “Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq”. (“Əraf” 96).

2. Evlənmək. Həzrət Peyğəmbər (s) buyurur: “Evlənin, çünki ruziniz artacaqdır”. İslam dininin nəzərinə görə, hər bir müsəlman ailə qurmalıdır və Allah da evlənən insanlara ruzi verəcəyini vəd edir. “(Ey gənclərin ixtiyar sahibləri,) subay kişilərinizi və ərsiz qadınlarınızı, eləcə də qul və kənizlərinizdən evlənmək istedadı olanları evləndirin. Əgər yoxsul olsalar, Allah onları Öz lütfü ilə dövlətli edər”. (“Nur” 32).

3. Ruzini artıran surələri oxumaq. İmam Sadiq (ə) buyurur: “Hər kim hər axşam “Vaqiə” surəsini oxuyar – dünyada çətinlik, yoxsulluq, ehtiyaclılıq və dünya bəlalarından görməz. Həzrət Əlinin (ə) dostlarından olar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Muzzəmmil” surəsini oxuyar, dünya və axirətdə çətinliklər ondan götürülər”. (Tebyan)

/Deyerler.org/


Xəbəri paylaş

8938 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___