Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qərb bu prezidentlərin milyardlarını belə mənimsəyir
Tarix: 25-09-2016 | Saat: 19:38
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

Qərb bu prezidentlərin milyardlarını belə mənimsəyir


Ukrayna hakimiyyəti bildirir ki, Latviyan keçmiş prezident Viktor Yanukoviçin bu ölkə banklarından birində saxladığı 50 milyon avronu müsadirə edərək öz büdcəsinə keçirib.

Virtualaz.org xəbər verir ki, Latviya prokurorluğu həmin pulların qeyri-leqal olduğunu əsas gətirərək, müsadirə olunmasına qərar verib. Bu, Yanukoviç hakimiyyəti dövründə Ukraynadan oğurlanan 30-40 milyard dolların bir hissəsidir. Hansı ki, xarici ölkələrdə dondurulmuş bu pulları Ukraynaya geri qaytarmaq mümkün olmur.

Bildirilir ki, Yanukoviçin və onun komandasının üzvlərinin xarici hesablarda yerləşdirilmiş pulların həmin ölkələrin xeyrinə müsadirə edilməsi faktlarına tez-tez rast gəlinir. Ukraynaya isə bu pullardan faktiki olaraq heç nə çatmır. Məsələ ondadır ki, Ukrayna həmin pulların qeyri-qanuni yollarla əldə edildiyinə dair sübutları təqdim etməlidir. Belə sübutların toplanması isə vaxt aparır.

Lakin Latviya və digər ölkələrin qanunvericilikləri imkan verir ki, bu araşdırmanın başa çatmasını gözləmədən kapitalın qeyri-leqal yollarla əldə edildiyini əsas gətirib müsadirə etsinlər. Məlumata görə, Ukrayna Prezidenti Poroşenko latviyalı həmkarı Raymonds Veynonislə danışıqlar aparmağa və Yanukoviçin komandasının üzvlərinin bu ölkədə gizlətdiyi pulların heç olmasa bir qismini geri qaytarmağa çalışacaq.

Yanukoviçin İsveçrə banklarında aşkar edilmiş yüz milyonlarla dolları dondurulub, ancaq bu pulların da sonrakı taleyi haqda məlumat yoxdur. Devrilmiş prezidentin qalan pullarının yerini tapmaq isə mümkün olmayıb.

Ümumiyyətlə, korrupsionerlərin və diktatorların Qərbdə saxladıqları pulları geri almaq heç də sadə deyil, əsasən mümkün olmayan işdir. Məsələn, Səddam Hüseynin ABŞ-da dondurulmuş 1 milyard dollarını Birləşmiş Ştatlar hökuməti müsadirə etmişdi və İraqda “Hüseyn rejimindən zərər çəkmiş amerikalılara” kompensasiya kimi ödəmişdi. Böyük Britaniya isə keçmiş Çili diktatoru Auqusto Pinoçetin pullarını donduraraq sonradan həmin pulları müxtəlif şirkətlərin nizamnamə kapitalına daxil edib və dövr etdirməkdədir.

Liviya diktatoru Müəmmər Qəzzafinin ABŞ banklarındakı hesablarında saxladığı 30 milyard dollar isə cəmi 72 saata aşkarlanmışdı və dondurulmuşdu. Avropa İttifaqı da cəmi iki həftədə Qəzzafinin 60 milyard avroluq aktivlərini aşkarlayıb dondurdu. Bəs sonra nə baş verdi? ABŞ dondurulmuş pullardan cəmi 1.5 milyard dollarının “donunu açıb” Liviyanın yeni hakimiyyətinə qaytardı. Avropa ölkələri də təxminən bu qədər pulu qaytardılar. Lakin qalan pulları nə Avropa İttifaqı, nə ABŞ qaytarmağa hazırlaşır. Əsas kimi göstərilir ki, həmin pullar öz təyinatı üzrə, yəni ölkədə demokratiyanın inkişafına xərclənməyə bilər.

Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin Qərb banklarında saxladığı aktivlər isə 70 milyard dollar həcmində idi. Bu pullar əsasən Böyük Britaniya, İsveçrə banklarında saxlanılırdı, London, Nyu York, Los Ancelesdə daşınmaz əmlaka yatırılmışdı. Maraqlıdır ki, ABŞ və Böyük Britaniya keçmiş Misir liderinin pullarını dondurmadı, bu da onun ailə üzvlərinə hələ də pullardan istifadəyə imkan verir.

İsveçrə isə Mübarəkin 788 milyon dollarını dondursa da, onu qaytarmaqdan imtina edir. 2011-ci ildə İsveçrə Tunisin eks-prezidenti Zin əl-Abidin Ben Əlinin 67.5 milyon dollarını dondurub, ancaq indiki Tunis hakimiyyətinin tələblərinə baxmayaraq, həmin pulları qaytarmır. Bildirir ki, Tunisdə vəziyyət hələ stabil deyil və dondurulmuş aktivlərin mənşəyini diqqətlə araşdırmaq lazımdır.


Xəbəri paylaş

8458 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___