Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
INTERDƏ səbirlər pik həddə çatdı
Tarix: 21-05-2015 | Saat: 20:40
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

INTERDƏ səbirlər pik həddə çatdı




Topaz Premyer Liqasının XXXV turunun “İnter” – “Qarabağ” oyunu baş tutmaya bilər. Xeberaz.az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, buna səbəb 3 aydı maaş almayan “İnter” futbolçularının narazı olmasıdı.

Səbirləri tükənən oyunçular “Qarabağ”la sabahkı qarşılaşmanı boykot etmək fikrinə düşüblər. Bununla bağlı, rəhbərliklə görüşən komanda üzvləri narazılıqlarını dilə gətirərək, pullarının verilməsini tələb ediblər. Klub prezidenti Georgi Nikolov da futbolçulara sabah səhər saatlarına qədər borclarının bir hissəsinin ödəniləcəyinə dair söz verib.

“İnter”in təcrübəli yarımmüdafiəçisi Elvin Məmmədov saytımıza açıqlamasında məsələ ilə bağlı danışıb. Georgi Nikolovla görüşdüklərini təsdiqləyən futbolçu konkret olaraq, oyuna çıxmayacaqlarına dair şərt irəli sürmədiklərini bildirib: “Neçə vaxtdı maaşlarımızı ala bilmirik. Futbolçular yığışdıq ki, nə edək? Çıxış yolu axtardıq. Sonra qərara aldıq ki, klubun prezidenti ilə görüşək. Georgi Nikolovla danışdıq. O bizə söz verdi ki, sabah səhərə qədər pulların bir hissəsi veriləcək. O ki qaldı oyuna çıxmamaq məsələsinə, konkret elə söhbət olmayıb. Bir də ki, “İnter” təkcə Elvin Məmmədovdan ibarət deyil axı”.


Xəbəri paylaş

6308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___