Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Naxçıvanda maşın nömrələri dəyişdirilir - RƏSMİ
Tarix: 24-09-2016 | Saat: 12:52
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Naxçıvanda maşın nömrələri dəyişdirilir - RƏSMİ




Naxçıvanda mövcud olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının dəyişdirilməsinə başlanılıb."Xəbəraz.az " naxcivanxeberleri.com saytına istinadən xəbər verir ki, məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovnik-leytenantı Aydın Ağayev açıqlama verib.

O bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq muxtar respublikanın rayonlarına aşağıdakı seriya nömrələri verilib:

Babək – 67
Şərur – 68
Ordubad – 69
Şahbuz - 71
Culfa – 72


Sədərək – 73
Kəngərli – 74
Naxçıvan şəhəri – 75

Rəis həmçinin bildirib ki, muxtar respublika rəhbərliyinin tapşırığına əsasən nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarının dəyişdirilməsi üçün heç bir dövlət rüsumu, ödəniş tələb olunmur və bu prosses tədricən həyata keçiriləcək.

Qeyd edək ki, bir müddət əvvəl 85 seriyası bütün Naxçıvan Muxtar Respublikasının vahid dövlət qeydiyyat nişanı kimi qəbul olunmuşdu.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi əhalini bir daha xəbərdar edir ki, nömrələrin dəyişdirilməsi ödənişsiz həyata keçirilir və dəyişdirilmə prosesi üçün müddət müəyyən olunub.

Naxçıvanda maşın nömrələri dəyişdirilir - RƏSMİ
Naxçıvanda maşın nömrələri dəyişdirilir - RƏSMİ


Xəbəri paylaş

8358 dəfə oxunub.

Digər xəbərlər
19-10-2017, 14:32 Xəzərdə zəlzələ oldu

bütün xəbərlər
____ Instagram ___