Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiyadan Azərbaycana göndərilən avtoritet kimdir? - "SİQAN"IN CİNAYƏTLƏRİ
Tarix: 23-09-2016 | Saat: 19:28
Bölmə:Karusel / Hadisə | çapa göndər

Rusiyadan Azərbaycana göndərilən avtoritet kimdir? - "SİQAN"IN CİNAYƏTLƏRİ

Rusiyadan Azərbaycana ekstradisiya edilən "Siqan" ləqəbli kriminal avtoritet Elmir Məmmədovla bağlı bəzi məqamlar bəlli olub.

"Xəbəraz.az "-ın məlumatına görə, “Siqan” hazırda Qobustan həbsxanasında cəza çəkən Lotu “Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamlarındadır. Rusiya saytları yazır ki, Elmir Məmmədov, habelə Samin Paşayev (Kikbokser), Rüstəm Əliyev (Alyoşa), Tural Nəcəfov (Paşa Dvijeniya), Nazim Əzizov və Vilayət Məmmədov (Paroxod) 2008-ci ildə məhz “Quli”nin tapşırığıyla Rusiyaya gedib.
Məlumatda deyilir ki, bu dəstəyə “Paraxod” başçılıq edirmiş. Əsasən Moskvada yaşayan və çalışan azərbaycanlı iş adamlarına hədə-qorxu gələn “Paraxod” və dəstəsi onlardan bu yolla pul tələb edirmiş. Həmin adamlara ““Quli”dən “salam” çatdıran dəstə qısa müddətdə bir neçə iş adamından külli miqdarda pul qopara bilib.
2009-cu ildə isə dəstə üzvləri artıq uzaq Sibirdə yaşayan azərbaycanlı iş adamlarından pul almağa başlayıb. Onların istədiklərini rədd etmiş iş adamı, Krasnoyarskdakı Azərbaycan diasporunun lideri Rafiq Məmmədov isə sonradan qətlə yetirilib.

Qeyd olunan dəstə 2010-cu ildə Moskvadakı avtosalon sahiblərindən birinin oğlunu qaçırıb və iş adamından 1.5 milyon dollar pul tələb edib. Salonun azərbaycanlı sahibi oğlunu xilas etmək üçün həmin pulu verir. Bir müddət sonra başqa bir azərbaycanlı iş adamından hədə yoluyla 7 milyon dollar alırlar. Məhz bu hadisədən sonra yerli polis onların izinə düşə bilir. Daha doğrusu, “Siqan” ləqəbli Elmir Məmmədovun izinə düşən polis dəstə üzvlərini həbs edə bilir.

**
15:48
Rusiyada həbs edilən, kriminal aləmdə "Siqan" ləqəbi ilə tanınan Elmir Məmmədov Azərbaycana ekstradisiya edilib.

"Xəbəraz.az "-ın məlumatına görə, onun cəzasının Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsi barədə iş məhkəməyə göndərilib. Bakı Ağır Cinayətlər Məhkəməsində isə işə hakim Zeynal Ağayev baxacaq.
Məhkəmə sentyabrın 30-na təyin edilib
Qeyd edək ki, E.Məmmədov Rusiyada qəsdən adam öldürmədə təqsirli bilinib. Məhkəmənin hökmü ilə E. Məmmədov 21 il müddətinə azadlıqdan məhrum edilib.E. Məmmədov daha əvvəllər də bir neç dəfə məhkumluq həyatı yaşayıb.
E.Məmmədov kriminal aləmdə "Siqan" ləqəbi ilə tanınır.


Xəbəri paylaş

9178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___