Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Vahid Mustafayevin işdən çıxardığı Elgiz Əkbər: “Allah onun…”
Tarix: 23-09-2016 | Saat: 16:14
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

Vahid Mustafayevin işdən çıxardığı Elgiz Əkbər: “Allah onun…”


Tanınmış aparıcı Elgiz Əkbər “ANS Müstəqil Yayım və Media” Şirkətinin prezidenti Vahid Mustafayev tərəfindən işdən çıxarılması xəbərini saytlardan öyrənib.

Hazırda ölkədə olmayan tanınmış aparıcı açıqlama verərək bunları deyib: “Mən 15 gündür ki, ölkədə yoxam. Keçirilən toplantıdan da xəbərsizəm. Saytlardan izlədim, bildim ki, işdən çıxarılmışam. Əgər çalışdığım teleşirkətin rəhbəri məni işdən çıxarıbsa, nə deyə bilərəm ki, Allah onun canını sağ eləsin. Allah hamının yolunu da açıq etsin”.

“Bundan sonra Elgiz Əkbər fəaliyyətini hansı telekanalda davam etdirəcək?” sualına aparıcının cavabı belə oldu: “Dedim axı, mən ölkədə yoxam. Qayıdandan sonra fəaliyyətimi hansı televiziyada davam etdirəcəyəmsə, bu barədə sizə məlumat verəcəm”.

Qeyd edək ki, ölkə.az-ın məlumatına görə, sentyabrın 21-də “ANS Müstəqil Yayım və Media” Şirkətinin prezidenti Vahid Mustafayev işçiləri toplayaraq, iclas keçirib.

İclas zamanı Elgiz Əkbərin Vahid Mustafayev tərəfindən işdən çıxarıldığı deyilir.


Xəbəri paylaş

1 8898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___