Kimlər tibbi sığorta haqqı ödəməyəcək? - Açıqlama
Tarix: 20-09-2016 | Saat: 16:11
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Aztəminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar, tələbələr, rəsmi işsizlik statusu olan vətəndaşlar tibbi sığorta haqqı verməyəcək. Təqribən 4 milyon vətəndaşın tibbi sığorta haqqı dövlət hesabına ödənəcək. Bu kateqoriyalardan olan vətəndaşlar icbari tibbi sığortanın baza zərfindən pulsuz istifadə edəcəklər.
Bunu APA-ya Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.
O qeyd edib ki, icbari tibbi sığorta haqqının məbləği müəyyənləşdirilərək Nazirlər Kabinetinə və digər əlaqədar dövlət qurumlarına təqdim olunub:
“Agentlik tibbi xidmətlərin vahid qiymət cədvəlini hazırlayıb. Cədvəli Tarif Şurası və ya digər müvafiq dövlət qurumu təsdiqlədikdən sonra həmin qiymət cədvəlinə əsasən, xəstəxanalara ödənişlər edəcəyik. Agentlik sığorta haqqını az məbləğdə müəyyənləşdirib ki, bəzi bahalı diaqnostik müayinələrə ehtiyac yarandıqda vətəndaş kiçik məbləği öz cibindən ödəsin. Sığorta sistemində franşiza (azadolma məbləği-red) sui-istifadə hallarının qarşısını almaq məqsədilə tətbiq ediləcək. Tutalım, vətəndaş qiyməti 60-80 manat olan kompüter tomoqrafiyası müayinəsinin 10 manatını cibindən ödəyəcək. Vətəndaş artıq biləcək ki, bunu öz cibindən ödəməlidir və lazım olmadıqda bu müayinədən istifadə etməyə cəhd etməyəcək. Bu da sığorta xərclərini tənzimləyir”.
Xəbəri paylaş
7028 dəfə oxunub.
Digər xəbərlər

9-12-2015, 17:45
Nadir Qafarzadə: “Oğlanlarım mənə görə narahat olmasınlar”
13-10-2016, 13:50
DİQQƏT! ANS-dən sonra bu telekanal da bağlandı
21-06-2016, 10:39
İlham Əliyev “Rəhimə Xanım” ziyarətgahında - Foto
3-12-2017, 10:43
Qızları Türkiyə universitetində birinci olan ata: “Əgər Azərbaycan onları qəbul etməsə…”
14-12-2022, 16:21
Damarları qocalana qədər sağlam saxlamaq istəyənlər üçün MÖCÜZƏVİ MƏHSUL
16-04-2022, 18:20
"Dövlətin və xalqın milli maraqlarına xidmət edən siyasət"
9-04-2017, 20:44
Günel Ağayeva türk mediasının diqqət mərkəzində - FOTO
28-05-2016, 12:16
Obamanın gizli Suriya planı
10-05-2015, 21:32
DİQQƏT DİQQƏT!!! ŞAİRLƏR VƏ ŞAİRƏLƏR MÜTLƏQ OXUSUN