Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda həkimlərə QADAĞA
Tarix: 20-09-2016 | Saat: 14:29
Bölmə:Karusel / Gündəm / Səhiyyə | çapa göndər

Azərbaycanda həkimlərə QADAĞA

Azərbaycanda bioloji fəallığa malik qida əlavələrinin istifadəsi, satışı və reklamı ilə bağlı yeni tələblər müəyyənləşdirilib.


Bununla bağlı “Dərman vasitətələri haqqında” qanuna yeni dəyişikliklər və əlavələr edilib.


Layihə Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.


İclasda qeyd edilib ki, yeni layihəyə əsasən, bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədi ilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin onlar xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəz etmir.



Layihəyə görə, bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi ilə eyni tərkibli ola bilməz. Bioloji fəallığa malik qida əlavələrinin dərman vasitələri ilə eyni təkibli olub-olmamasını müəyyən etmək məqsədilə bioloji fəallığa malik qida əlavələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən ekspertizadan keçirilir. Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bioloji fəallığa malik qida əlavələrinin üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqələrində) aydın, seçilən, qalın hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuş “dərman vasitəsi deyildir” yazılmalıdır.


Bioloji fəallığa malik qida əlavələrinin satışı aptek təşkilatlarında, ərzaq mağazalarında və bu məqsədlər üçün təşkil olunmuş xüsusi köşklərdə sanitar-gigiyenik tələblərə əməl edilməklə həyata keçirilir.


Bioloji fəallığa malik qida əlavələrinin reklamında onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir.

Qanun layihəsinə görə, bioloji fəallığa malik qida əlavələri qida rasionunu zənginləşdirmək məqsədi ilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin farmasevtik formada hazırlanaraq gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullar hesab edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.


Xəbəri paylaş

7798 dəfə oxunub.

Digər xəbərlər
26-09-2016, 17:57 Mira səs verdi - Foto

bütün xəbərlər
____ Instagram ___